2026 cı il üçün şok proqnoz: qızıl, dollar, kriptovalyuta... Bizi nə gözləyir?
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Danimarkanın “Saxo Bank” bankı 2026-cı il üçün şokedici proqnozlar yayımlayıb. Bildirilib ki, qızılın qiyməti 10 min ABŞ dollarına qədər yüksələ, o cümlədən kriptovalyutalar və ABŞ dolları çöküş yaşaya bilər.
Bu, nə dərəcədə əsaslı ola bilər?
Globalinfo.az-a danışan iqtisadçı Turab Rzayev deyib ki, “Saxo Bank”ın proqnozları çox vaxt real iqtisadi təhlil yox, şou-biznes xarakterli yanaşma kimi qiymətləndirilir:
“Adətən təsiri böyük, lakin reallaşma ehtimalı aşağı olan ssenarilər təqdim edilir. Lakin “Saxo Bank”ın bəzi açıqlamaları zamanla özünü doğruldub. Məsələn, Brexit, qızılın qiymətinin 3000 dolları keçməsi, eləcə də kriptovalyutaların bahalaşması kimi bir sıra proqnozlar sonradan təsdiqini tapıb. Bəziləri gec reallaşsa da, nəticədə baş verib. Buna görə də dünya ictimaiyyəti, xüsusilə iqtisadi dairələr “Saxo Bank”ın illik proqnozlarına həm əyləncə, həm də müəyyən mənada mümkün iqtisadi ssenarilərin təhlili kimi baxır”.
Turab Rzayev
İqtisadçı qeyd edib ki, bu il irəli sürülən proqnozlar arasında qızılın rekord dərəcədə bahalaşması və yuanın ABŞ dollarını üstələməsi kimi fikirlər də var:
“Dolların dünya miqyasında dəyər itirdiyi məlumdur, lakin hazırda yuanın dollar qarşısında ciddi möhkəmlənməsi müşahidə edilmir. Qızılın bahalaşması isə daha real görünür, çünki dünyanın bir çox mərkəzi bankları aktiv şəkildə qızıl ehtiyatlarını artırır. Bu da qiymət artımını stimullaşdıra bilər. Ümumilikdə, “Saxo Bank”ın bütün proqnozlarının həyata keçməsi gözlənilmir. Lakin yayılan məlumatlar gələcək qlobal iqtisadi mənzərə barədə müəyyən istiqamət və ümumi təsəvvür formalaşdırması baxımından əhəmiyyətlidir”.
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 04 Dekabr 2025 08:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















