Icma.az
close
up
RU
MM də iclas: Yaşlı əhali artır, gənclərin sayı isə azalmaqdadır

MM də iclas: Yaşlı əhali artır, gənclərin sayı isə azalmaqdadır

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Millət vəkili acınacaqlı durumu doğum faizinin aşağı düşməsi ilə bağlayır

  Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası keçirilib. Deputatlar “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ətrafında fikir mübadiləsini davam etdiriblər. Millət vəkili Azər Badamov deyib ki, Qusar şəhərinin yanındakı “Bənövşə gölü” su anbarı Qusar şəhəri və ətraf kəndlərini uzun illər içməli və təsərrüfat suyu ilə təmin edib. Deputat bildirib ki, son illər baxımsız qalıb və qurudularaq yararsız hala gətirilib. Dünyada baş verən iqlim dəyişiklikləri şirin su mənbələrinin azalmasına gətirib çıxarır: "Bu baxımdan su anbarlarının tikilməsi və bərpası çox aktual məsələdir. Bütün bunları nəzərə alaraq müvafiq qurumdan Qusar şəhərinin yanında yerləşən “Bənövşə gölü” su anbarının bərpasının diqqətdə saxlanılmasını xahiş edirəm. 


"Ən az maaş alan Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır"

  Parlamentdə xüsusi təyinatlıların və DİN əməkdaşlarının maaşlarının artırılması təklif olunub. Deputat Vüqar İskəndərov deyib ki, büdcə zərfində müdafiə və təhlükəsizlik xərclərinə kifayət qədər vəsait ayrılıb, xüsusi təyinatlı hərbçilərimizin maaşlarını bir neçə dəfə artırmalıyıq: “Təcrübə göstərir ki, müharibədən çıxmış ölkələrdə hərbiyə axın bir neçə dəfə azalır. Maaşların artırılması ilə bu axını stimullaşdırmaq olardı. Bura Daxili İşlər Nazirliyinin əməkdaşlarını da əlavə etməliyik. Çünki ən az maaş alan Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır”. 


Saatlıda qaz problemi - Deputat çağırış etdi

  Deputat Əziz Ələkbərli deyib ki, Saatlıda kəndlərin dörddə birinin qazı yoxdur: "Mən hər il büdcə müzakirəsində bu məsələni qaldırıram. Ancaq heç bir irəliləyiş əldə olunmur. “SOCAR-ın prezidentinin bu günlərdə imzaladığı cavab məktubundan aydın oldu ki, 2025-2030-cu illərdə Saatlı rayonunun 11 kəndindən yalnız 1-nə qaz çəkilə bilər. Digər 10 kəndə 2030-a qədər qaz çəkilməyəcək. Bildirilib ki, ölkə ərazisində 399 kəndə qaz çəkilməsi iqtisadi cəhətdən səmərəsizdir. Digər rayonları deyə bilmərəm. Ancaq Saatlı rayonunun qazsız kəndləri hamısı bir-birinin yanındadır. Tam düzənlik ərazidir. Qaz magistral xətləri kəndlərin tam kənarından keçir. Belə olan halda qaz çəkilişi iqtisadi cəhətdən niyə səmərəsizdir? Xahiş edirəm, bu məsələ diqqət mərkəzində saxlanılsın”.


"Şəkidə 14 ildir kanalizasiya problemi həll olunmur" 

  Deputat Vüqar İskəndərov deyib ki, Şəkidə insanlar kanalizasiya problemindən narahatdır: "14 ildir ki, bu problem həllini tapmır. Rayonun 69 faizi qazlaşdırılıb, digər ərazilərin də qazlaşmasına ehtiyac var". 


"Azad edilmiş ərazilərin bərpası prioritetdir"

  Deputat Elman Nəsirov deyib ki, azad edilmiş ərazilərin bərpası bu gün prioritet sahədir: "2021-ci ildən bu ilin sonuna qədər bu sahəyə 19 milyard manat ayrılıb. 2025-ci ildə bu istiqamətə 4 milyard manat ayrılacaq. Bunlar vacib məsələlərdir". Elman Nəsirov sərhəd kəndlərin tam qazlaşdırılmasını da təklif edib.


"Hamiləlik və doğuma görə vəsait artırılmalıdır"

  Millət vəkili Fazil Mustafa deyib ki, uşaqların doğumuna görə birdəfəlik müavinət artırılıb: "Amma kateqoriyaları bir az ayırmaq lazımdır. İşsiz, imkanı olmayan şəxslər üçün eyni standart, doğulan uşağa görə 500 manatın verilməsi ədalətli sayılmır. Biz demoqrafik siyasətlə bağlı stimullaşdırıcı addım atmırıq. Bizdə yaşlı əhalinin sayı artır, gənclərin sayı isə azalmaqdadır. Bu da doğum faizinin aşağı düşdüyünə görədir. Hamiləlik və doğuma görə vəsaitin artırılması vacibdir".

Deputatdan irad - "Estetik cərrahlara icazəni kim verir?"

  Deputat Səyyad Salahlı deyib ki, saytların birində oxuyub ki, estetik cərrah qaynı arvadını əməliyyat edib və vəziyyət dəhşətli dərəcədə faciəli hal alıb: "Həm də qaynı arvadını ikinci dəfədir ki, bu cür ölümcül vəziyyətə düçar edib. Özü də yazılıb ki, bu adamın tibbi təhsili yoxdur. Başa düşmürəm, bu şəxs necə cərrahi əməliyyat aparır?! Buna icazə verilirmi?! Xahiş edirəm, həm səhiyyə naziri, həm də TƏBİB-in rəhbəri bu məsələyə diqqət eləsin”. 


"Qərbi azərbaycanlıların yurdlarına qayıdışı Azərbaycan dövlətinin, Ordusunun daha da güclənməsinə bağlıdır"

  Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərov deyib ki, artıq heç kəs şübhə etmir ki, tarixi ədalət mütləq öz yerini tapacaq və Qərbi azərbaycanlı soydaşlarımız öz ata-baba yurdlarına qayıdacaqlar. Deputat bildirib ki, 2025-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin artırılmasını xüsusilə dəstəkləyir: "Çünki nəinki 200 illik tarixi təcrübə, nəinki son 30 ilin və 44 günlük müharibədən sonrakı son 4 ilin dərsləri, hətta Ermənistan rəhbərliyinin son aylardakı və son günlərdəki bütün hərəkətləri sübut edir ki, onlar toplum və dövlət olaraq region ölkələrinə qarşı ərazi iddialarından heç vaxt əl çəkməyiblər və əl çəkən də deyillər. Sülh sazişi ilə bağlı danışıqlar isə onlara silahlanmaqdan və növbəti müharibəyə hazırlaşmaqdan ötrü vaxt qazanmaq üçün lazımdır. Ona görə də Qərbi azərbaycanlı soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışı da məhz Azərbaycan dövlətinin və Azərbaycan ordusunun daha da güclənməsinə bağlıdır. Yəni ermənilərin başı üstündə həmişə dəmir yumruq olmalıdır. Bunu onların antropologiyası, baş quruluşlarının braxikefal, yəni yastıbaş olması da təsdiq edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Noyabr 2024 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri