Icma.az
close
up
RU
MM də Səhiyyə komitəsinin ilk iclası keçirilib FOTOLAR

MM də Səhiyyə komitəsinin ilk iclası keçirilib FOTOLAR

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Yanvarın 21-də Milli Məclisin Səhiyyə komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

"Unikal" xəbər verir ki, komitənin sədri Əhliman Əmiraslanov yeni sessiya münasibəti ilə komitə üzvlərini təbrik edib və  onlara işlərində müvəffəqiyyətlər arzulayıb. O, iclasın gündəliyində 3 məsələnin olduğunu deyib.

Komitə sədri, əvvəlcə, 2024-cü il payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlərdən bəhs edib. O bildirib ki, hesabat dövründə komitənin 14 iclası keçirilib, 17 məsələ, o cümlədən “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, habelə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” və digər qanun layihələri müzakirə olunub.

Qeyd edilib ki, ötən sessiya ərzində komitəyə daxil olmuş 134 ərizə və şikayətlə bağlı aidiyyəti  ünvanlara müvafiq tədbirlərin görülməsi üçün 150-dən çox məktub göndərilib. Bununla yanaşı, komitənin sədri tərəfindən 175 nəfər, ümumilikdə 516 nəfər vətəndaş qəbul edilib, qaldırılan məsələlərlə əlaqədar lazımi işlər görülüb. 

Sessiya dövründə komitənin sədri və üzvləri bir sıra yerli və beynəlxalq  tədbirlərdə fəal  iştirak edib, görüşlər keçiriblər. Millət vəkilləri, habelə, müxtəlif mövzularda təşkil olunmuş konfranslar, dinləmələr və dəyirmi masalarda müzakirələrə qatılıblar.

Sonra Əhliman Əmiraslanov Səhiyyə komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsini təqdim edib. Diqqətə çatdırılıb ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında daxil edilmiş bir sıra qanun layihələrinə baxılacaq, müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflər təhlil ediləcək. İş planında, habelə, “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda, “Dərman vasitələri haqqında” Qanunun icrasının monitorinqi ilə bağlı ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Sonra iclasda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb. 

Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev sənədi təqdim edərək bildirib ki, “Tibbi sığorta haqqında” Qanunda sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləği nəzərdə tutulub. Belə ki, Qanunun 16-4.4-1-ci maddəsində təsbit edilən müştərək maliyyələşmə məbləğinə aid hissələrdə Qanunun 15-28.3-cü və 15-28.4-cü maddələrinə əsasən sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir. Habelə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə müştərək maliyyələşmə məbləği tətbiq edilən halların göstərildiyi, icbari tibbi sığortanın göndəriş sistemi üzərində qurulduğu və göndəriş sxemi pozulduqda müştərək maliyyələşmə məbləğinin tətbiq edildiyi qeyd olunub.

Yuxarıda göstərilənlər nəzərə alınaraq, icbari tibbi sığortanın tətbiqindən məmnunluq səviyyəsini təmin etmək, habelə ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsi üçün zəruri tədbirlər görmək, əhalinin həssas təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsini təmin etmək məqsədilə “Tibbi sığorta haqqında” Qanunun 16-4.4-1-ci və 16-4.5-ci maddələrinə müvafiq dəyişiklik edilərək bu Qanunun müştərək maliyyələşmə məbləğinə aid hissələrində 15-10.1.5-ci və 15-28.3-cü maddələrinin tətbiqinin 2026-cı il 1 yanvar tarixindən həyata keçirilməsi məqsədəmüvafiq hesab olunur. Həmçinin 15-28.4-cü maddənin ləğv edilməsi ilə tibbi xidmətlərin icbari tibbi sığorta vəsaiti hesabına təmin edilməsi zamanı, sığortaolunanların ixtisaslı həkim müayinəsi üçün inzibati ərazi vahidindən asılı olmayaraq müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesinin sadələşdirilməsi istiqamətində müsbət addım atılacaq.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı komitənin sədr müavini Rəşad Mahmudov, üzvləri İlham Məmmədov, Məlahət İbrahimqızı, Müşfiq Məmmədli çıxış ediblər.

Millət vəkilləri 2024-cü il payız sessiyası dövründə Səhiyyə komitəsinin məhsuldar fəaliyyət göstərdiyini deyiblər, bu müddətdə görülən işlər barədə hesabatı qənaətbəxş hesab ediblər.

Çıxışlarda komitənin 2025-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı bir sıra təkliflər verilib və iş planının layihəsi təsdiq edilib.

Deputatlar “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişikliklərin məqsədəmüvafiq olduğunu, sənəddə əks olunan məsələlərin vacibliyini söyləyiblər, bəzi qeydlərini səsləndiriblər. Komitə sədri Əhliman Əmiraslanov qaldırılan məsələlərə münasibət bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə üzvləri Kamaləddin Qafarov, Anatoliy Rafailov, Pərvanə Vəliyeva və digər rəsmi şəxslər iştirak ediblər. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Yanvar 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri