Icma.az
close
up
RU
Səhiyyə komitəsinin iclası keçirilib FOTO

Səhiyyə komitəsinin iclası keçirilib FOTO

Icma.az bildirir, Modern.az portalına istinadən.

Aprelin 25-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Əhliman Əmiraslanov iclasda bir məsələnin - Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) müzakirəyə çıxarıldığını bildirib. İclasda ölkənin Səhiyyə Nazirliyinin nümayəndələri iştirak ediblər. 

Modern.az xəbər verir ki, qanun layihəsi barədə danışan  Əhliman Əmiraslanov sənəddə təklif olunan dəyişiklikləri zəruri edən amillərdən söz açıb, onların əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, dəyişikliklər səhiyyəmizin mühüm sahəsi olan praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin yüksəldilməsi və peşə yararlılığının yoxlanılması işinin təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb. Tibb mütəxəssislərinin peşəkarlığının qiymətləndirilməsinin bəzi aktual məsələlərinə toxunan komitə sədri bu sahədə xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması ilə bağlı fikirlərini bölüşüb. Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, beynəlxalq tibb elminin yenilənən inkişafı nəzərə alınmaqla səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən layihədə 4 hüquqi akta ümumilikdə 34 dəyişiklik təklif olunur.

Qeyd olunub ki, Əmək Məcəlləsinə, “Özəl tibb fəaliyyəti haqqında”, “Dərman vasitələri haqqında” qanunlara ediləcək dəyişikliklər “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklərdən qaynaqlanır. Milli Məclisin şöbə müdiri layihə hazırlanarkən öyrənilən dünya təcrübəsindən söz açıb, qanunvericiliyimizdə ilk dəfə təsbit edilən  “Davamlı peşəkar inkişaf (DPİ)” anlayışını, DPİ üzrə minimum kredit ballarının toplanılması mexanizmini şərh edib. O, tibb işçilərinin sertifikasiyası prosesi və qaydalarına təklif olunan yenilikləri və əsas müddəaları təqdim edərkən diqqətə çatdırıb ki, layihəyə əsasən, tibb işçilərinə öz sertifikat şəhadətnamələrini ya 5 ildən bir imtahan yolu ilə, ya da 5 il ərzində 250 kredit balı yığmaqla əldə etməyə şərait yaradılır. Yəni onların peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və  peşə yararlılığının yoxlanılması məqsədilə alternativ DPİ mexanizmi tətbiq olunacaq. Bu məqsədlə də  Qanunun 46-cı maddəsinin 3-cü hissəsi yeni redaksiyada verilir.

Bundan başqa, layihədə  sertifikasiya prosesinin təkmilləşdirilməsi üçün təklif olunan bir sıra prosedur və terminoloji  dəqiqləşdirmələr barədə ətraflı məlumat verən Adil Vəliyev vurğulayıb ki, bu layihənin qəbul edilməsi hər zaman insanların sağlamlığının keşiyində duran həkimlərin və tibb işçilərinin davamlı təhsil yolu ilə inkişaf etmələrinə böyük töhfə olacaq.

Qanun layihəsinin müzakirəsində deputatlar Məlahət İbrahimqızı, Soltan Məmmədov, Pərvanə Vəliyeva, İlham Məmmədov, Kamaləddin Qafarov, Müşfiq Məmmədli çıxış ediblər. Çıxışçılar təklif olunan dəyişikliklərin ölkəmizdə tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasını təmin edəcəyinə, nəticədə, əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə mühüm töhfələr verəcəyinə inamlarını ifadə ediblər. Deputatlar sənəddə əks olunan məsələlərlə bağlı fikirlərini bildiriblər, bəzi qeydlərini səsləndiriblər.

Komitə sədri Əhliman Əmiraslanov, Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova qaldırılan məsələlərə aydınlıq gətiriblər.

İclasa yekun vuran komitə sədri Əhliman Əmiraslanov layihədə nəzərdə tutulan və mütərəqqi müddəalarla zəngin olan tənzimlənmələrin tibb mütəxəssislərinin peşəkar inkişafını stimullaşdırdığını, onların peşəkarlığının yüksəldilməsinə və  beynəlxalq peşəkar mühitə inteqrasiyasına hüquqi zəmin yaratdığını vurğulayıb. 

Sonda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub. İclasda deputat Anatoliy Rafailov və digər rəsmi şəxslər iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Aprel 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see278

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see264

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see212

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see204

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see182

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see179

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see160

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see156

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see149

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see148

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri