MN rəhbərliyi Quru Qoşunlarının komanda qərargah təlimini izləyib, tapşırıqlar verilib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Müdafiə Nazirliyinin (MN) rəhbərliyi Quru Qoşunlarının komanda-qərargah təlimini izləyib.
APA xəbər verir ki, bu barədə MN-dən bildirilib.
Məlumata görə, MN-in rəhbər heyəti 2025-ci ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında keçirilən komanda-qərargah təlimini izləyib. Xəritə üzərində tapşırıqlar dəqiqləşdirildikdən sonra komandir heyətinin qərarlara dair müvafiq məruzələri dinlənilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə olunub ki, plana uyğun olaraq, "Həyəcan" siqnalı ilə qaldırılan bölmələr təlim rayonlarına çıxarılıb. Döyüşə hazırolma vəziyyətinə gətirilmə üzrə ərazidə maskalanma və mühafizənin təşkilinə dair fəaliyyətləri yerinə yetirən bölmələr, həmçinin müasir üsul və vasitələrin tətbiqi ilə döyüşaparma və özünümüdafiə üzrə məşğələləri icra ediblər.
Müdafiə naziri bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin qərar qəbuletmə və idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, qərargahlar və bölmələr arasında qarşılıqlı əlaqənin təmin olunması məqsədilə keçirilən təlimin gedişatını müsbət qiymətləndirib.
General-polkovnik Z.Həsənov şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığının daha da təkmilləşdirilməsi məqsədilə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 19 Fevral 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















