Fellon: İrana quru qoşunlarının yeridilməsi qaçılmazdır
Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Respublikaçılar Partiyasından olan Nümayəndələr Palatasının üzvü Pet Fellon bildirib ki, ABŞ Prezidenti Donald Tramp nəticədə İrana quru qoşunlarını göndərəcək və belə bir eskalasiya qaçılmazdır.
Xalqcebhesi.az xəbər verir ki, onun sözlərini "The Hill" qəzeti "Fox Business Network" telekanalına istinadən sitat gətirib.
O vurğulayıb ki, "sadəcə başqa çıxış yolu görmür". Siyasətçinin fikrincə, İranda başlanmış işi sona çatdırmaq lazımdır.
"Şəxsən mən hesab edirəm ki, quruda quru qoşunları — ən azı xüsusi təyinatlılar, Amerikanın xüsusi bölmələrinin döyüşçüləri — regiondakı müttəfiqlərin dəstəyi və hava dəstəyi ilə fəaliyyət göstərəcək. Biz Tehran hökumətinin taktikasını dəyişməliyik, əks halda gedə bilməyəcəyik. İş yekunlaşana qədər biz ordan çıxa bilməyəcəyik", — deyə Fellon bəyan edib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 07 Aprel 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















