“Modern Azərbaycanın doğuluşu” kitabının təqdimatı keçirilib
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mayın 2-də “Litera” Kitab Evində dosent Orxan Vəliyevin “MİMTA Yayımları” tərəfindən nəşr olunan “Modern Azərbaycanın doğuluşu” kitabının təqdimatı keçirilib.
Təqdimatda çıxış edən MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov kitabın əhəmiyyətindən danışaraq qeyd edib ki, bu nəşr Azərbaycanın milli kimlik və dövlət quruculuğu tarixinə yeni, elmi-nəzəri baxış təqdim edir. O, fondun milli irsin və elmi tədqiqatların işıqlandırılması istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Tədbirdə həmçinin bp Azərbaycan şirkətinin vitse-prezidenti Dr. Bəxtiyar Aslanbəyli, tarixçi Əkbər Nəcəf, Beynəlxalq münasibətlərin təhlili mərkəzinin şöbə müdiri, dosent Mətin Məmmədli, tarixçi Dos. Nigar Gözəlova, tarixçi Dr. Dilqəm Əhməd çıxış ediblər.
Çıxışlarda kitabın maarifçilikdən siyasi millətçiliyə qədər olan inkişaf yolunu elmi əsaslarla araşdırdığı, xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma prosesinə siyasi nəzəriyyə prizmasından yanaşdığı qeyd olunub.
Məlumat üçün bildirilib ki, kitab müəllifin Türkiyədə müdafiə etdiyi dissertasiyası əsasında hazırlanmış olub əvvəlcə türk və fars dillərində nəşr edilmişdir.
Çıxışçılar müəllifə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 04 May 2026 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















