Möhsün Rzai: ABŞ təxribat törətsə, tarixə düşəcək zərbə endirəcəyik
Apa.az saytına istinadən Icma.az xəbər verir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşüb.
APA-nın Tehran bürosunun məlumatına görə, görüş zamanı Rzai ABŞ-a etimad etmədiklərini və Vaşinqtonun dəfələrlə diplomatiyaya və danışıqlara xəyanət etdiyini bildirib.
“ABŞ İrana qarşı hər hansı təxribat törətməyə başlasa, onların hərbi və iqtisadi maraqlarına elə bir zərbə vuracağıq ki, tarixə düşəcək”, – deyə Rzai xəbərdarlıq edib.
O əlavə edib ki, ABŞ ilk növbədə İranın şərtlərinin yerinə yetirilməsi istiqamətində praktiki addımlar atmalıdır.
“Bundan sonra İran Hörmüz boğazının açılması ilə bağlı addım atacaq”, – deyə Rzai qeyd edib.
Qətərin Baş naziri isə İranın çətin şəraitdə göstərdiyi yardımlara görə təşəkkür edib və ölkəsinin İranla əməkdaşlığa daim hazır olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 27 Avqust 2026 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















