Icma.az
close
up
RU
Möhsün Rezai: “ABŞ bəzi şərtlərimizi qəbul etdi”

Möhsün Rezai: “ABŞ bəzi şərtlərimizi qəbul etdi”

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

"Hazırda amerikalılar bizə cavab veriblər. Cavablarında şərtlərimizin bəzilərini qəbul ediblər, lakin bir sıra məsələlərdə qeyri-müəyyənlik qalır. Beləliklə, cavab verən tərəf biz yox, amerikalılardır. Onların cavabını qənaətbəxş hesab etmirik".
Bizim.Media xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.
Onun sözlərinə görə, növbəti mərhələyə keçidin mümkün olması üçün ABŞ mövcud qeyri-müəyyənlikləri aradan qaldırmalıdır. "Görmək lazımdır ki, onlar bu qeyri-müəyyənlikləri aradan qaldıra biləcəklərmi ki, növbəti mərhələlər başlasın, yoxsa yox", – Rezai vurğulayıb.
Şura katibi qeyd edib ki, son iki ay ərzində Vaşinqton diplomatik əlaqələrin bərpası ilə bağlı təkliflərlə vasitəçilər üzərindən dəfələrlə Tehrana müraciət edib.
"Son iki ayda amerikalılar üç kanal – Pakistan, Qətər və hətta İraq vasitəsilə bizə təkliflər göndərib, öz təkliflərimizi onlara çatdırmağımızı istəyiblər. Biz ABŞ-a yeddi şərt irəli sürmüşük və bildirmişik ki, bu şərtlər yerinə yetirilməsə, nə Hörmüz boğazı onların üzünə açılacaq, nə də danışıqlar aparılacaq", – o deyib.
Rezai, həmçinin İranın ABŞ ilə diplomatik təmaslara yanaşmasının dəyişdiyini və əvvəlki danışıqlar modelinə qayıtmaq niyyətində olmadığını bildirib.
"Diplomatiyamız dəyişib və biz əvvəlki modelə qayıtmayacağıq. Çünki üç raund danışıqlar aparmışıq və hər dəfə amerikalılar danışıqları yarımçıq dayandıraraq İrana hücum ediblər", – İran rəsmisi əlavə edib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Oktyabr 2026 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri