Icma.az
close
up
RU
MOİKin baş məşqçisi: I Liqa komandaları mübarizə baxımından elita təmsilçilərindən geri qalmırlar

MOİKin baş məşqçisi: I Liqa komandaları mübarizə baxımından elita təmsilçilərindən geri qalmırlar

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

I Liqa komandaları mübarizə baxımından elita təmsilçilərindən geri qalmırlar.

Bunu “Report”a açıqlamasında Azərbaycanın I Liqasında çıxış edən MOİK-in baş məşqçisi Qəzənfər Abbasov aşağı dəstə təmsilçilərinin Misli Premyer Liqası klubları ilə başabaş mübarizə apara bilməmələrinin səbəbləri haqqında danışarkən deyib.

Mütəxəssis meydanların bərbad vəziyyətdə olmasından şikayətlənib:

“Qəbələ”dən başqa, demək olar ki, I Liqa komandalarının 90 faizi süni örtükdə məşq edir. İlk növbədə şərait olmalıdır. Qələbə qazanmaq istəyiriksə, şəraitimiz Premyer Liqa klublarına yaxın olmalıdır. Amma hazırda şərait baxımından I Liqa klubları çox geridədir. Klubların əksəriyyətinin meydanları bərbaddır. I Liqada 8 oyun keçirmişik, yeddinci yerdəyik. Ev oyunlarımızı həmişə Binədə keçirmişik. Bu gün isə Sumqayıtda məşq edirik. Oyunlarımızın hamısını səfərdə, digər klubların meydanlarında keçiririk. Bu şəraitlə Premyer Liqa klubu ilə qarşılaşanda, çatışmazlıqr üzə çıxır. Belə vəziyyətdə legioner də gətirsən, faydası olmaz. I Liqa komandaları mübarizə baxımından elita təmsilçilərindən geri qalmırlar. Ancaq şəraitimiz, normal meydanımız olsa, nəinki Premyer Liqa klubları ilə başabaş mübarizə apara, hətta qalib də gələ bilərik”.

O, Azərbaycan Kubokunun 1/8 finalında “Sumqayıt”a məğlub olmalarını yorğunluqla əlaqələndirib:

“Sumqayıt”ı təhlil etmişdik. Məşqçi dəyişikliyindən sonra oyun üslubları, hücumları daha da yaxşılaşıb. İtirəcəyimiz heç bir şey yox idi. Belə ab-havada oynamaq komanda üçün təcrübədir. Mübarizə apardıq, futbolçular tapşırıqların hamısını yerinə yetirdilər. Oyunun sonlarında artıq yorğunluq var idi. Belə olan halda səhvlərə yol verməyə başlayırsan. Bu səhvlərin ikisindən sonra qapımızda qol gördük. Ümumilikdə komandadan razı qaldım. Rəhbərlik də təbrik etdi. “Sumqayıt”a da uğurlar arzulayıram”.

Qeyd edək ki, MOİK Azərbaycan Kubokunun 1/8 finalında qarşılaşdığı “Sumqayıt”a 1:3 hesabı ilə məğlub olub. I Liqanın digər 5 komandası da Premyer Liqa təmsilçilərinə bu mərhələdə uduzaraq mübarizəni dayandırıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://report.az
archiveBu xəbər 05 Dekabr 2024 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see267

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see239

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see150

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri