Moldova Aİ ilə 1,9 milyard avronun cəlb edilməsi haqqında saziş imzalayıb
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Moldova və Avropa İttifaqı (Aİ) 2028-ci ilə qədər Kişineuya 1,9 milyard avro məbləğində vəsaitin ayrılmasını nəzərdə tutan iqtisadi inkişaf planı haqqında saziş imzalayıb.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Moldova hökumətinin mətbuat xidməti məlumat yayıb.
Sazişi Kişineuda Moldovanın Baş naziri Dorin Reçan və genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos imzalayıblar.
"Biz tarixi investisiya sazişi imzaladıq, bu, Moldovanın Aİ-yə qoşulması prosesinin ortasında olduğumuzu və avropalı tərəfdaşlarımızın uğur qazanacağımıza əminliyini nümayiş etdirir. Xarici həmrəylik və daxili birlik sayəsində 10, 20 deyil, 4 il sonra Avropa İttifaqının üzv dövləti olmağa hazır ola biləcəyik", - D.Reçan bildirib.
Təsdiqlənmiş inkişaf planı islahatlar proqramının həyata keçirilməsini və investisiyaların cəlb edilməsini nəzərdə tutur.
Plan çərçivəsində xüsusilə yerli və regional yolların, meşələrin, eləcə də Prut və Dnestr çayları boyunca yerləşən suvarma sistemlərinin bərpası üçün resursların ayrılması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 12 May 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















