Icma.az
close
up
RU
Moldova Azərbaycana enerji əməkdaşlığında dəstəyinə görə təşəkkür edib

Moldova Azərbaycana enerji əməkdaşlığında dəstəyinə görə təşəkkür edib

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

Moldova Azərbaycana enerji əməkdaşlığında göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bunu Moldova Energetika Nazirliyinin dekarbonizasiya məsələləri üzrə dövlət katibi Karolina Novak 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.

"Rumıniyaya elektrik enerjisi və qaz təchizatında göstərdiyi müstəsna dəstəyə görə səmimi təşəkkürümü bildirmək, həmçinin Azərbaycana dərin minnətdarlığımı ifadə etmək istəyirəm. Ötən gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin qeyd etdiyi kimi, əsl dost dar gündə tanınar. Azərbaycan Moldovaya enerji əməkdaşlığı sahəsində əhəmiyyətli yardım göstərib, buna görə də biz səmimi şəkildə minnətdarıq", - K.Novak bildirib.

O vurğulayıb ki, Moldova enerji sektorunda geniş miqyaslı transformasiya yaşayır: "Bizim özümüzə məxsus qaz, neft və ya kömür ehtiyatlarımız yoxdur. Son illərdə biz ciddi enerji böhranları ilə üzləşdik. Əvvəllər ölkə bir qaz mənbəyindən asılı idi".

K.Novak Cənub Qaz Dəhlizinin təkcə təchizatın təmin edilməsində deyil, həm də beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm rolunu vurğulayıb:

"Cənub Qaz Dəhlizi təkcə enerji baxımından deyil, həm də regionda sülh, sabitlik və rifaha töhfə verən bir layihə kimi strateji rol oynayır. Bu, Transbalkan boru kəmərinə də aiddir - belə təşəbbüslər dövlətləri birləşdirir və enerji sistemlərinin dayanıqlılığını artırır".

Dövlət katibi həmçinin bildirib ki, Moldova bərpa olunan enerji mənbələri sahəsində ilk müsabiqəni başa çatdırıb və yaxın vaxtlarda qaliblər elan ediləcək: "Hazırda biz bərpa olunan enerji sahəsində layihələr üzrə ikinci müsabiqəni hazırlayırıq və sizi bu müsabiqədə iştirak etməyə dəvət edirik. O, hibrid olacaq, burada külək enerjisi və batareya enerji saxlanc sistemlərinə diqqət yetiriləcək".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://missiya.az
archiveBu xəbər 03 İyun 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see201

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see185

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see175

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see130

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri