Kanada təxliyə dəstəyinə görə Azərbaycana təşəkkür edib
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
İyunun 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Kanadanın xarici işlər naziri Anita Anand arasında telefon danışığı aparılıb.
Telefon danışığı zamanı İsrail–İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub. Kanada xarici işlər naziri, həmçinin ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib.
Ceyhun Bayramov öz növbəsində Kanada nazirini bu vəzifəyə təyinatı münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
XQ
Bu mövzuda digər xəbərlər:Moldova Azərbaycana enerji əməkdaşlığında dəstəyinə görə təşəkkür edib
03 İyun 2025 12:11
Ukrayna səfiri: Azərbaycana davamlı dəstəyinə görə təşəkkür edirik
07 Fevral 2025 14:18
Slovakiya Prezidenti Azərbaycana təbii qazla bağlı dəstəyinə görə təşəkkür edib
14 İyul 2026 11:15
Prezident İlham Əliyev Kasım Jomart Tokayevə Azərbaycana dəstəyinə görə təşəkkür edib
07 Mart 2026 10:16
Baxış sayı:132
Bu xəbər 20 İyun 2025 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















