Icma.az
close
up
RU
Moldova Baş nazirinin müavini: Azərbaycan regionda mühüm və nüfuzlu tərəfdaşdır

Moldova Baş nazirinin müavini: Azərbaycan regionda mühüm və nüfuzlu tərəfdaşdır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kişineu, 26 may, AZƏRTAC

Azərbaycanın Moldovadakı səfirliyi tərəfindən 28 may – Müstəqillik Günü münasibətilə Kişineu şəhərində rəsmi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, qəbulda əsas qonaq qismində Moldovanın Baş nazirinin müavini Vladimir Bolea, həmçinin Moldovada fəaliyyət göstərən diplomatik korpusun, dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrin təmsilçiləri, diaspora üzvləri, Moldovada təhsil alan tələbələrimiz, KİV nümayəndələri iştirak ediblər.

Qəbul Azərbaycanın və Moldovanın Dövlət himnlərinin ifası ilə başlayıb.

Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və tarixi irsi haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasından cəmi iyirmi üç ay sonra respublika süquta uğrayıb. Bu bir daha göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir.

Bildirilib ki, 1991-ci ildə yenidən müstəqillik qazanan Azərbaycan Ulu Öndər Heydər Əliyevin qətiyyəti və müdrik siyasəti sayəsində çətinlikləri dəf edərək dönməz inkişaf yoluna qədəm qoyub. Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanın adı nüfuzlu dövlətlərin sırasında çəkilir.

Moldovanın Baş nazirinin müavini Vladimir Bolea isə çıxışında ölkələrimiz arasındakı dialoqun konkret nəticələr əldə etməyə yönəlmiş fəal və praqmatik əməkdaşlıq olduğunu bildirib. O qeyd edib ki, 2022-ci ildə hökumətlərarası komissiyanın fəaliyyətinin bərpasından sonra ikitərəfli əməkdaşlıq yeni dinamika qazanıb. Əsas institusional əlaqələr möhkəmləndirilib, iqtisadi və investisiya əməkdaşlığı üçün yeni istiqamətlər açılıb, biznes dairələrimiz arasında əlaqələr daha davamlı və məqsədyönlü xarakter alıb. Vladimir Bolea vurğulayıb ki, Moldova Azərbaycanı regionda mühüm və nüfuzlu tərəfdaş kimi qiymətləndirir.

Tədbirin sonunda Azərbaycanın milli rəqsləri, xüsusilə Moldovada fəaliyyət göstərən həftəsonu Azərbaycan dili məktəbinin şagirdlərinin ifası qonaqların marağına səbəb olub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2026 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri