Kaya Kallas: Azərbaycan regionda mühüm tərəfdaşdır VİDEO
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan regionda əhəmiyyətli tərəfdaşdır və əlaqələrimizin gücləndirilməsi baxımından müəyyən gözləntilərimiz var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas xarici işlər naziri Ceyhun Bayramovla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında deyib.
“Əlaqələrimiz ikitərəfli yol kimi inkişaf edir. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Münaqişənin izlərinin aradan qaldırılması və həyatların xilas edilməsi üçün görülən işləri yüksək qiymətləndiririk”, - deyə o əlavə edib.
Ermənistanla münasibətlərin normallaşdırılması və dayanıqlı sülh sazişinin əldə olunması prosesinə yaxından dəstək verdiklərini söyləyən ali nümayəndə sülh sazişi mətninin razılaşdırılmasını yüksək qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 26 Aprel 2025 00:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















