Icma.az
close
up
RU
Moldova portalı: Azərbaycan COP29da ekoloji diplomatiya sahəsində sıçrayış etdi

Moldova portalı: Azərbaycan COP29da ekoloji diplomatiya sahəsində sıçrayış etdi

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Bakıda keçirilən COP29 dünya mediasının gündəmində əsas müzakirə mövzularından biri kimi qalmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, Moldovanın "Noi.md" xəbər portalında rus və rumın dillərində nəşr edilən "Azərbaycan COP29-da ekoloji diplomatiya sahəsində sıçrayış edib" sərlövhəli məqalədə nüfuzlu beynəlxalq konfransın təşkili, müzakirə olunan strateji mövzular barədə məlumat verilib.

Məqalədə bildirilib ki, hətta gecə vaxtı aparılan mürəkkəb danışıqların nəticəsi artıq "Bakı sıçrayışı" adlandırılan razılaşma olub: inkişaf etməkdə olan ölkələrə 2035-ci ilədək iqlim maliyyəsi üçün ildə ən azı 300 milyard dollar ayrılacaq. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş tədbirin təşkilatçılarının peşəkarlığını xüsusilə yüksək qiymətləndirib və onun uğurunda könüllülərin mühüm töhfəsini vurğulayıb. Quterreş yekun bəyanatda COP29-da əldə olunan razılaşmanın iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyduğuna diqqət çəkib.

"COP29 irəliyə doğru mühüm addım idi. İndi biz hamımız əldə edilmiş razılaşmaları uğura çevirməliyik", - deyə o fikirlərini yekunlaşdırıb.

Söhbət, ilk növbədə, Bakı Maliyyə Məqsədi üzrə sazişdən - inkişaf etməkdə olan ölkələrə ildə 1,3 trilyon dollar məbləğində iqlim maliyyələşdirilməsi üzrə yeni öhdəlikdən gedir. 2035-ci ilədək inkişaf etmiş iqtisadiyyatlar qlobal iqlim dəyişikliyinə və ətraf mühitə dəyən ziyana qarşı xüsusilə həssas dövlətlərə ən azı 300 milyard dollar ayıracaq.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin COP29-da əldə olunan razılaşmanı "epoxal mərhələ" adlandırdığı qeyd edilib. Eyni zamanda, vurğulanıb ki, Azərbaycan müstəmləkəçilik nəticəsində daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirib.

Yazıda xarici ölkələrin dövlət başçılarının COP29 və onun nəticələrinə dair fikirləri də yer alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Noyabr 2024 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see263

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see179

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see168

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see153

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see152

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see130

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri