Icma.az
close
up
RU
Moldova xəbər portalı: Azərbaycan iqtisadi cəhətdən tamamilə müstəqildir

Moldova xəbər portalı: Azərbaycan iqtisadi cəhətdən tamamilə müstəqildir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Moldovanın aparıcı “Noi.md” xəbər portalında Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədən əsas sitatları əks etdirən daha bir məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, rumın və rus dillərində dərc olunan məqalədə Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi vəziyyətinə dair söylədiyi fikirlər yer alıb.

Qeyd olunub ki, Azərbaycan hakimiyyəti iqtisadiyyatın hazırkı vəziyyətindən razı qala bilər, çünki ölkə iqtisadi cəhətdən tamamilə müstəqildir, heç bir dəstək və kreditdən asılı deyil. Dövlət başçımıza istinadla yazılır ki, Azərbaycan borc almağı tamamilə dayandırıb. İndi Azərbaycanın xarici borcu ən aşağı səviyyəyə düşüb.

Məqalədə daha sonra Prezident İlham Əliyevin fikirlərinə istinadla qeyd olunur ki, bu gün Azərbaycanda iki investisiya proqramı var: biri ənənəvi, digəri isə Qarabağ və Şərqi Zəngəzur üçün. Hər iki proqram yüksək səmərəliliklə, uğurla həyata keçirilir. Azərbaycan Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa və tikinti işləri aparır.

Azərbaycan, həmçinin neft hasilatını sabitləşdirmək, təbii qaz hasilatını artırmaq üçün çalışır. Bu, həm də Azərbaycan iqtisadiyyatının böyüməsi üçün əlavə təkan verəcək.

Məqalədə Prezident İlham Əliyevin iqtisadi islahatlara dair digər fikirləri də yer alıb.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri