Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kişineu, 8 iyun, AZƏRTAC
Moldova Respublikası Xarici İşlər Nazirliyi Lopatna kəndi yaxınlığında baş verən hadisəni pisləyib. Belə ki, naməlum pilotsuz uçuş aparatı bu ölkənin ərazisinə düşərək partlayıb.
AZƏRTAC xəbər verir ki, nazirliyin bəyanatına görə, bu cür obyektlərin Moldova hava məkanında icazəsiz uçuşu və ya ölkə ərazisinə düşməsi “milli təhlükəsizliyə təhdid, dövlətin suverenliyinin və ərazi bütövlüyünün pozulması” deməkdir.
Nazirlik, həmçinin bildirib ki, bu insident Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibənin yaratdığı riskləri, eləcə də onun regional təhlükəsizliyə və qonşu ölkələrə təsirini bir daha üzə çıxarır”.
Moldova XİN qeyd edib: “Moldova Respublikası ölkənin və əhalisinin təhlükəsizliyini təmin etmək üçün sülhə, təhlükəsizliyə və vətəndaşlarının müdafiəsinə sərmayə qoyaraq, müdafiə qabiliyyətini və dayanıqlığını gücləndirməyə davam edəcək”.
Dünən gecə Orqeyevsk rayonunun Lopatna kəndi yaxınlığında naməlum pilotsuz uçuş aparatı partlayıb. İlkin məlumatlara görə, itki olmayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 08 İyun 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















