Moldova ərazisinə pilotsuz təyyarə düşüb
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Moldova Müdafiə Nazirliyinin mətbuat xidmətinin çərşənbə günü, 30 sentyabrda verdiyi məlumata görə, pilotsuz təyyarə Moldova hava məkanından keçərək Anenii Noi rayonunun Hirbovats kəndi yaxınlığında qəzaya uğrayıb və partlayıb.
Xəbəri “Anadolu” verib.
Açıqlamada deyilir: “Rusiya Federasiyasının Ukraynaya qarşı hücumları kontekstində Milli İnteqrasiya olunmuş Monitorinq Sistemi bu gün, 30 sentyabr tarixində, təxminən saat 5:43-də milli hava məkanı üzərində pilotsuz təyyarənin uçuşu barədə məlumat verib. Pilotsuz təyyarə Anenii Noi rayonunun Hirbovats kəndinin kənarına düşüb və partlayıb”.
Hadisənin təfərrüatlarının daha sonra açıqlanacağı bildirilib.
Qeyd olunur ki, hava hərəkətinin idarə edilməsi xidməti səlahiyyətli orqanlar və tərəfdaşlarla əlaqələndirilmiş şəkildə hava məkanını izləməyə davam edir.
Müdafiə Nazirliyi qeyd edib ki, hadisə yerinə polis və Milli Ordunun şəxsi heyəti göndərilib
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 30 Sentyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















