Moldovada TikTok və Telegram qadağan edilə bilər
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Moldova hakimiyyəti "TikTok" sosial şəbəkəsi və "Telegram" mesencerinin ölkədəki seçkinin nəticələrinə təsir etmək üçün istifadə olunacağı halda, onlardan istifadəni qadağan edə bilər.
Oxu.Az NEWS.ru-ya istinadən xəbər verir ki, bu barədə Moldova parlamentinin spikeri İqor Qrosu "TV8" telekanalında bildirib.
O, Avropa İttifaqında belə platformaların fəaliyyətinin tənzimlənməsinin zəruriliyi ilə bağlı müzakirələrin getdiyini də diqqətə çatdırıb.
"Əgər görsək ki, bu platformalar bizim sorğularımıza cavab vermir və seçkinin nəticələrinə təhlükə yaranır, o zaman dövlət müdaxilə etməyə borcludur", - deyə Qrosu bildirib.
Baxış sayı:62
Bu xəbər 20 Dekabr 2024 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















