Icma.az
close
up
RU
Bu ölkədə “TikTok” və “Telegram” qadağan edilə bilər Yeni Çağ Media

Bu ölkədə “TikTok” və “Telegram” qadağan edilə bilər Yeni Çağ Media

Moldova hakimiyyəti “TikTok” sosial şəbəkəsi və “Telegram” mesencerinin ölkədəki seçkinin nəticələrinə təsir etmək üçün istifadə olunacağı halda, onlardan istifadəni qadağan edə bilər.

Yenicag.az xəbər verir ki, bu barədə Moldova parlamentinin spikeri İqor Qrosu “TV8” telekanalında bildirib.

O, Avropa İttifaqında belə platformaların fəaliyyətinin tənzimlənməsinin zəruriliyi ilə bağlı müzakirələrin getdiyini də diqqətə çatdırıb.

“Əgər görsək ki, bu platformalar bizim sorğularımıza cavab vermir və seçkinin nəticələrinə təhlükə yaranır, o zaman dövlət müdaxilə etməyə borcludur”, – deyə Qrosu bildirib./oxu.az/

www.yenicag.az

seeBaxış sayı:19
embedMənbə:https://yenicag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri