Icma.az
close
up
RU
“Molla Nəsrəddin” irsinə sevgi

“Molla Nəsrəddin” irsinə sevgi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Görkəmli yazıçı-publisist Cəlil Məmmədquluzadənin Ev Muzeyində Azərbaycanda XX əsrin ən böyük mətbuat hadisəsi olan "Molla Nəsrəddin" jurnalının nəşrə başlamasının 119 illiyi sevgi-sayğı ilə yad edilib.

Mərasim iştirakçıları ölməz ədibin irsini qoruyub təbliğ edən muzeyi ziyarət edərək, jurnalın nəşr tarixini və onunla bağlı tədqiqatları əks etdirən sərgi ilə tanış olublar.

Cəlil Məmmədquluzadə Ev Muzeyinin direktoru Aytən Ələkbərova bildirib ki, Şərqdə ilk satirik jurnal olan “Molla Nəsrəddin” jurnalı 25 ilə yaxın ictimai tərəqqi yolundakı maneələrə, düşmən qüvvələrin xəyanətlərinə qarşı barışmaz mübarizə aparıb. Ətrafında eyniadlı ədəbi-publisistik məktəb yaratmış bu jurnal milli ədəbiyyatın, mətbuatın, ictimai fikrin yüksəlişinə sanballı töhfələr verib.

Əməkdar müəllim İman Cəfərli “Azərbaycan ədəbiyyatı və jurnalistikasında “Molla Nəsrəddin” mərhələsi, Naxçıvan Dövlət Universitetinin dosenti Nəzakət İsmayılova “Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” mövzularında çıxış ediblər. Onlar demokratik jurnalistikamızın həmişəyaşar ənənələrinin formalaşıb inkişaf etməsində də “Molla Nəsrəddin”in önəmli payı olduğunu vurğulayıblar.

Mərasimdə Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Məmməd Mehdiyev “Ölülər” tamaşasından İsgəndərin monoloqunu ifa edib.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Aprel 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Putinin təklifinə çox ehtiyatla yanaşacaq

30 İyun 2026 09:19see559

Paris Fransadakı istilərə görə ABŞ ı ittiham etdi

30 İyun 2026 09:51see398

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

30 İyun 2026 11:30see390

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

30 İyun 2026 09:20see317

Aviakompaniyalar Aİ rəhbərliyindən sərhəd yoxlamalarının yumşaldılmasını istəyir

01 İyul 2026 09:43see253

Fransa Özbəkistan əməkdaşlığı müzakirə edilib

30 İyun 2026 14:25see227

Fərid Qayıbov idmançılarla görüşüb

01 İyul 2026 02:04see216

“Vudi”nin missiyası dəyişdi Uşaqları ekrandan ayıracaq

01 İyul 2026 06:21see207

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see184

Qanunun keşiyində: 2 İyul Azərbaycan Polisi Günüdür

01 İyul 2026 12:58see184

Almaniyanın Rheinmetall şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək

01 İyul 2026 05:24see176

Sumqayıtda benzin daşıyan yük avtomobili teplovozla toqquşub, xəsarət alan var FOTO

01 İyul 2026 01:04see171

DÇ 26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA

01 İyul 2026 10:00see168

İlk bölümdən ürək parçalayan: Unudulması sadəcə mümkün olmayan yapon dramları

30 İyun 2026 18:32see166

Paolo Maldiniyə İtaliya millisində vəzifə təklif olunub

01 İyul 2026 05:12see166

Yaddaşlara həkk olunan “Məzun günü”

01 İyul 2026 16:51see162

Meksika Ekvadora qarşı

01 İyul 2026 05:00see161

Mbappe Messiyə yaxınlaşdı Dünya çempionatlarında 18 ci qol

01 İyul 2026 03:08see160

Həddindən artıq istilərdə nə yeməli, nə içməli ? Düzgün qidalanma

01 İyul 2026 22:45see159

1/16 finalın bugünkü oyunları DÇ 2026 nın təqvimi

30 İyun 2026 09:17see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri