Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Mollaların hikkəsi: 3000 in hesabı veriləcəkmi?..

Mollaların hikkəsi: 3000 in hesabı veriləcəkmi?..

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müharibə söhbəti azacıq ciddiləşən kimi Tehran mollalarının yadına dərhal Bakı düşdü. Bilirsiniz, adam hərdən nə fikirləşir? İnanın, böyük siyasətdəki adamların hamısının olmasa da, heç olmasa əsas, həlledici kütləsinin həqiqətən də psixi durumunu öyrənmək pis olmazdı. Ona görə ki, bunun acı nəticələri ola bilər — özü də tək bir ölkə üçün yox.

Qonşu Tehrandan da hərdən sözün əsl mənasında "paranoya” havası gəlir. Başa düşmək olmur ki, Tehran mollaları qərarlarını, bəyanatlarını hansı məntiqlə qəbul edirlər?

Bakı ilə Tehranın siyasi qonşuluğunun tarixi Azərbaycanın müstəqillik tarixi qədərdir. Ötən 30 illik müddət Bakı və Tehranın siyasi elitasının bir-birini tanıması üçün yetərli olmalı idi, onların arasında bir siyasi anlaşma baş tutmalı idi.

Bakının və Tehranın apardığı siyasət tamam identik deyil, hətta bunların müttəfiqlər çevrəsi də bir qədər müxtəlifdir. Amma bu illər ərzində məxsusi Bakı–Tehran siyasəti yaranıb ki, bunu dünyanın dəyişkən siyasi iqlimindən asılı olmayan bir neçə meyar müəyyən edir: qonşuluq, dini, milli və etnik yaxınlıq.

Bu, tək Azərbaycan–İran münasibətlərində büruzə vermir. Hətta NATO üzvü olan qardaş Türkiyənin də bu ölkəyə qarşı münasibəti daim müttəfiqlərinin münasibətindən fərqlənib və təsadüfi deyil ki, bu günlərdə Tehran ətrafındakı gərginliyi azaltmağa çalışan bir-iki ölkədən biri də məhz Türkiyədir...

Odur, hər dəfə ehtiyac varmı ki, Bakı Tehranı öz ərazisindən tam arxayın olmağa inandırmağa çalışsın? İkincisi, ciddi müharibəyə hazırlıq beş-üç saatın içində baş vermir, buna əvvəlcədən hazırlıqlar görülür. Tehranın əlində Bakının bu hazırlıqda iştirakını təsdiq edəcək hansısa sübut, dəlil varmı? Axı böyük ehtimalla İran mollalarının hətta Cənubi Qafqazda da casus şəbəkəsi var və onlar regiondakı dinamikanı ciddi şəkildə izləyirlər. Bircə ədəd olsun belə, fakt varmı onların əlində?

Məsələ də ondadır ki, olmayıb və indi də yoxdur! Bütün bunlar sadəcə iranlı mollaların isterikasıdır. Görün, bunlar nə deyir: "ABŞ İranı vursa, biz də onun qonşu ölkələrdəki bazalarını vuracağıq”!

Çox gözəl! Amma nə qazanacaqsınız bununla? Birincisi, müharibənin coğrafiyasını böyüdəcəksiniz. İkincisi, düşmənlərinizin sayını artıracaqsınız. Bunu istəyirsinizmi? Regionda ABŞ-ın hərbi bazası olan ən yaxın ölkələrdən biri, məsələn, Türkiyədir. Tehran Türkiyə ərazisini vursa, Ankara durub bunu seyr edəcəkmi? Əsla! Türkiyənin hərb maşını dərhal işə düşəcək və Avropanın ən böyük quru qoşunlarından biri İrana istiqamət götürəcək. Bunu istəyirsinizmi? Digər ölkələr haqda da bunu demək olardı...

İranın mühafizəkar elitasının bəyanatlarını dinləyəndə elə təsəvvür yaranır ki, bunlar müharibə üçün yerikləyirlər. Olsun! Amma heç olmasa hər şeyi adı ilə adlandırın: axı bu, İrana və iranlılara qarşı müharibə deyil, onun ruhani rejiminə qarşı müharibədir!

Ortadakı müharibə "aktor”larının heç birinin İranı bölmək, ya parçalamaq planı yoxdur: bunu nəinki Vaşinqton, Təl-Əviv, heç Türkiyə də istəmir. Problem ruhani rejimidir, onun bölgə içində apardığı siyasətdir, onun sərsəm militarist planlarıdır...

Bu sətirləri yazanda dünya gərginlik içində idi: Tramp bunu deyəcək, onu deyəcək...

Hərb ovqatı ilə paralel siyasi-diplomatik müharibə də davam edir. Ötən həftənin İran kontekstində ən yadda qalan siyasi detalı bu oldu ki, Avropa Parlamenti şahzadə Pəhləvi üçün çıxış imkanı yaratmadı və bunun qeyri-etik siyasi akt kimi qəbul olunacağını dedilər. Avropalılar istəmir ki, insanlarda yanlış təsəvvür yaransın və onlar düşünməsinlər ki, Qoca Qitə İranda monarxiyanı bərpa etmək, monarxı hakimiyyətə gətirmək istəyir.

Nə demək olar? Siyasi prinsip kimi nəinki təqdirəlayiqdir, hətta gözəldir! Eləcə də xəbər gəldi ki, Pəhləvinin keçmiş iranlı dissident Çöhrəqanlı ilə də "söhbəti” alınmayıb. Yenə də bir söz demirik, amma okeanın o biri tərəfində "Pəhləvi ssenarisi”ni də istisna etmirlər. Bizə elə gəlir, Pəhləvi də İran və iranlılar naminə bəzi planlarından (əgər varsa!) əl çəkməlidir. Fəqət, hələ məlum olmasa da ki, İranda proseslər necə inkişaf edəcək, kim önə çıxacaq, bir-iki detalı qeyd etməyi vacib bilirik.

Birincisi, siyasətdə hamı mümkün qədər bütün narazı insanları öz ətrafında birləşdirməyə çalışır. İkincisi, məşhur kəlam var ki, məqsəd vasitəyə bəraət qazandırır. Əlbəttə, florensiyalı siyasi mütəfəkkirin (Makiavelli!) bu sözlərini absurda çevirmək də lazım deyil, çünki vətən, dövlət, millət və əxlaq kimi anlayışlar da var. Amma bu fikri tamamilə inkar etmək də lazım deyil: hər halda siyasət də "qadın monastırı” deyil, həm də reallıqlarla hesablaşmaq sənətidir...

Odur, görək proses hansı səmtə yön alır? Doğrusu, İrana qarşı dərhal hərb qərarı veriləcəyinə şübhəmiz var, çünki Vaşinqtonun, Təl-Əvivin davası nə demokratiyadır, nə də sekulyarizm! Səudiyyə nədir? Teokratik monarxiya deyilmi?

Hətta ABŞ-ın siyasi müstəvisində yenidən şahzadə Pəhləvinin önə verilməsi də dəlalət edir ki, kimsənin bu ölkə ilə insan haqları və demokratiya savaşı açmaq fikri yoxdur. Hərçənd, dünyada nə qədər desən, monarxiya var ki, İrandakı teokratik rejimdən bəlkə də min dəfə demokratikdir.

Odur ki, İranda demokratiya amerikalılara yox, İranın camaatına lazımdır. Vaşinqtona isə indi daha çox o lazımdır ki, bölgədə hərbi mövcudluğunu artırsın, Tehranı pressinq altında saxlasın. Birdən İran əldən çıxsa, "xortdan rolu”nu kim oynayacaq, yoxsa buzlu Qrenlandiya edəcək bunu?..

Həftə sonu prezident Pezeşkianın göstərişi ilə etirazlarda həlak olmuş insanların adları elan olundu, açıqlandı. Təqribən 3000 nəfər idi. Sözsüz ki, bunların arasında hakimiyyət adamları da var. Amma çoxu dinc etirazçı insanlardır. Bu adamlar niyə ölməlidir? Bunun bir nəticəsi, hesabı olmalıdır, ya yox? Hakimiyyət tərəfindən hələ hansısa məsuliyyətli addım müşahidə etmirik. Ən əsası: bu sondur, yoxsa hakimiyyətin "ət maşını” hələ davam edəcək?

Hüseynbala Səlimov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Fevral 2026 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri