Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Prezident Pezeşkian və mollaların Əli cızığı ...

Prezident Pezeşkian və mollaların Əli cızığı ...

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çoxdanın söhbətidir. Dədə-baba kəndimizdə bir qoca kişi varmış. Əsasıyla yerdə xətt çəkir və öz oğlu üçün deyirmiş ki, buradan Əli cızığı çəkmişəm, filankəs keçəndə qıçı qırılacaq...

Biliriniz, bunu niyə xatırladım? Qonşu İranda hər şey indi buna bənzəyir. Əvvəlcə deyim ki, "molla”lar tamam ağıllarını itiriblər. Cəmi dünya vaxtilə bunlardan danışanda çoxu qeyri-ciddi qəbul edirdi bu söhbəti, inanmırdılar, amma indi hər şey göz qabağındadır: 

İranın "ruhani elita”sının davranışına baxanda həm Vladimir Volfoviç Jirinovski kimi sərsəm, həm də Vladimir Putin kimi təhlükəli adamın sözləri yada düşür. İnsafən, hətta Jirinovski kimi sarsağın biri deyirdi ki, dini radikallardan - fanatlardan qorxun, onlar həqiqətən də inanırlar ki, öz "ideyaları” uğrunda öləndə dərhal cənnətə gedəcəklər. 

Putinə gəldikdəsə, onun da sözləri yəqin, yadınızdadır: Rusiya olmayacaqsa, bu dünya nəyə və kimə lazımdır? Yox, yox, burada "olmayacaqsa”nı o, əslində başqa mənada işlədirdi. Demək istəyirdi ki, Rusiya "söz sahibi” olmayacaqsa, hamı onunla hesablaşmayacaqsa, daha bu dünya kimə və nəyə lazımdır? Belədəsə, dünyada kimin Rusiyayla və yaxud da ruslarla bir işi var?..

Bir daha deyirik ki, həmin "məntiq” indi də İran mollalarının davranışında sezilir, özü də daha eqoist formada, sanki "İranı biz idarə etməyəcəyiksə, İran da, lap dünya da kimə lazım?”- deyirlər. 

Mənə elə gəlir ki, bunlar özləri də əslində nə İranın fanatıdırlar, nə də İslamın – yox, hər şeydən öncə özlərinin sərsəm, eqoist ambisiyalarının fanatıdırlar. Sadəcə, illər ərzində bəzi insanlara öz "prinsip”lərini sırıya biliblər. Belədəsə, kimsənin nə İranla, nə də iranlılarla bir işi yox, kimsə bunların "dinini–inanc”ını (bu Şeyx Nəsrullahlarda belə şey heç varmı?) əlindən almağı da düşünmür...

İndi başa düşürlər ki, sonları yaxınlaşır, elə ona görə də isterika, depressiya bürüyür bunları. O gün də yazmışdıq ki, Naxçıvanı dronlarla vurmaq həm təəccübülü oldu, həm də təəccübsüz. Ona görə təəccüblü oldu ki, indiki halda bunun məntiqi yoxdur: nəyə çalışır bunlar? Özünə dost və ya neytral ölkələri də düşmənə çevirməyə? Sanki tamamilə başlarını itiriblər: ABŞ okeanın o biri tərəfindədir, İsrailsə möhkəm müdafiə olunur və xüsusən hava hücumundan müdafiə sistemi güclüdür. 

Odur, "molla rejimi”, onun SEPAH-ı taktika-strategiya nədir, sağlam insan məntiqini də itirib. Türkiyəni vurmağa cəhd edirlər! Ankaranın İrana münasibəti yana, hətta unudurlar ki, Türkiyə regionun, hətta NATO-nun ən güclü quru qoşunlarına malik dövlətidir. Bu gün Türkiyə də ABŞ və İsrailə qoşulsa, necə deyər, Tramp da, Netanyahu da başına dönər onun. Ona görə ki, bütün müharibələrdə ABŞ-ın problemi canlı qüvvə sarıdan olur. İndi də bu üzdən problem yaşayırlar, hətta burada da "kürd kartını” işə salmağa can atırlar. 

Üstəlik, Türkiyə Ukrayna, İran da Rusiya deyil və üzv dövlət olan Ankaranı qorumaq üçün NATO heç nədən ehtiyat etmədən ABŞ-İsrail-Türkiyə koalisiyasına dəstək verə, hətta onlara qoşula da bilər. "Bütün dünyanın maraqlarına ziyan vurulacaq” deyən iranlı "mollalar” nəylə zarafat etdiklərinin fərqindədirlərmi? Militarist yapon imperatorlarının siyasəti-inadı hara gətirib çıxardı? Hitler Almaniyası necə bitdi? Şəxsən bizimçün müasir İran da bu cərgədəndir. İslamdan, ülvi insani dəyərlərdən danışan İran siyasi-dini elitası Naxçıvanda orta məktəbi, bəli, uşaqların təhsil aldığı məktəbi dronlarla vurdurur! Budur İslam və yaxud da insanlıq? Neçə illərdir ki, insanlar İran rejiminə, onun ruhani liderlərinə, ayətullahlarına bircə söz deyir: İslamçün görə biləcəyiniz ən böyük iş İslamın adını çəkməməyiniz olardı...

Həm də bunların bizim Azərbaycana qarşı aqressiyasında xainlik əlamətləri də var. Daim belə təqdim edirlər ki, guya bizi Vaşinqtona yaxın ölkə bilirlər. Amma bir siyasi təhlilçi kimi məni daim bir sual düşündürüb: Niyə İran ABŞ-ı Ermənistanla şantaj etmir? Axı İrəvan həmişə Vaşinqtona daha yaxın olub!

Müstəqillik əldə edəndən sonra Ermənistan uzun müddət Rusiyanın təsiri altında, hətta geosiyasi orbitində olsa da, Vaşiqntonun ona qarşı özəl münasibəti vardı. Hətta Sovetin vaxtında belə ermənilərin digər sovet xalqlarından fərqli olaraq xarici ölkələrlə daha çox əlaqələri olardı, tək-tük sovet respubliklarından idi ki, xarici ölkələrə avia-uçuşları vardı.

Səbəbi də o idi ki, ABŞ-da və digər ölkələrdə böyük erməni diasporaları vardı. İndinin özündəsə Ermənistanın Qərblə təmasları bir az da sıxlaşıb, indiki hakimiyyət Qərbə istiqamət götürüb, onun rus KTMT-də qalması da formal xarakter daşıyır. 

"İbrahim sazişi”nə qoşulmaq istəyən, Trampın Sülh Şurasına dəvət alan ölkələrdən biri də İrəvandır. 

ABŞ-ı "şantaj etmək”, təzyiq göstərməkçün Ermənistanı hədəf kimi götürmək daha məntiqli olmazdımı? Əlbəttə, bu, da bir ritorik sualdır: Azərbaycan heç bir Qafqaz ölkəsi üçün problem yaranmasını istəməyib və indi də, xüsusən də otuz illik savaşdan sonra nəhayət ki, Bakı ilə İrəvan arasında ciddi anlaşma, hətta yaxınlaşma hiss olunan vaxt bunu qəti istəməz. Sadəcə, söhbət formal məntiqdən, prinsipdən gedir. Bir daha deyirik ki, İrəvan bir xristian ölkəsi, ABŞ-da böyük diasporaya və lobbiyə malik bir ölkə kimi, üstəlik, indi Qərbə istiqamət götürən dövlət kimi Vaşinqtonçün daha önəmlidir... 

Nə yapışmısınız Azərbaycandan? Məqsədiniz fars şofinizmi üçün daha geniş geosiyasi areal təmin etməkdirsə, fars mənşəli taciklər, əfqanlar, daha nə bilim, kimlər var, gedin, "böyük İran”ınızı da onlarla yaradın, bir daha deyirik ki, əl çəkin Azərbaycandan!

Bir vacib detal var. Hamı Tehranın terrorundan danışsa da, əslində bu, terror deyil, daha böyük cinayətdir, İranın Azərbaycana qarşı açıq-aşkar aqressiya aktıdır. 

İndi nə olur, hamı ona terror deyir. Vaxtilə Qarabağ məsələsini də hamı terror adlandırırdı. Düzdür, prosesin içində terror da vardı: metrolarımız partladılır, mülki obyektlərimzidə təxribatlar törədilirdi, amma İrəvanın cinayəti daha böyük idi: Ermənistan Rusiyanın dəstəyi, yardımı və bəzən  iştirakıyla Azərbaycana qarşı aqressiya aktı törətmişdi, təcavüz etmişdi, torpaqlarmızı işğal etmiş, etnik təmizləmə aparmış, sözün əsl mənasında, insanlarımıza qarşı soyqırım törətmişdi. Bunu bir adam, hansısa terrorçu təşkilat, ya qrup etməmişdi, bütün bunların arxasında Ermənistan dövləti və hökuməti, bəzənsə Rusiya da dayanırdı. Bir daha deyirik ki, bu, birmənalı şəkildə təcavüz idi, təcavüz aktıydı, adi terrordan daha dəhşətli və böyük cinayət idi.

Naxçıvana da dronları hansısa terrorçu və ya onun qrupları atmayıb, bunu Tehran rejimi edib və biz də onun bu cinayətini bütün dünyaya çatdırmalı, yaymalıyıq: qoy, hamı görsün və bilsin ki, Tehran rejimi elə həqiqətən də region üçün böyük təhlükədir.

Həftənin sonunda prezident Pezeşkian guya ki, üzrxaqlıq (SEPAH da dərhal təkzib etdi) bildirdi. Amma hiss olunur, adam istəsə də mollaların əvvəldə qeyd etdiyim, necə deyərlər, "Əli cızığı”ndan kənara, qırağa çox çıxa bilmir. 

İkincisi, nəinki Azərbaycanın prezidentinə, heç Türkiyənin də prezidentinə yox, Rusiyanın prezidentinə zəng etdi. Ona görə ki, İranın mollakratiyası daim istəyib ki, bizim bölgədə nəinki Qərb, heç Türkiyə də yox, Rusiya söz sahibi olsun. Həm də hazırda bunlar, gizli-aşkar, Çinlə, Rusiyayla ittifaq qurmaq istəyirlər. Amma bu iki nəhəngin də öz problemləri-qayğıları var. Moskvanın iddiaları hələ keçmiş sovet məkanı, hazırdasa daha çox Ukraynayla bağlıdır. Çininsə heç vaxt böyük bazarlarnı itirmək arzusu olmayıb və yoxdur. Odur, Kreml çox cəhd etsə də nə ŞƏT, nə də BRİCS-dən bir şey çıxmadı, çünki müəyyən reallıqlar var və heç kim onları nəzərə almaya bilməz.

Rusiyayla İranı həm də onları idarə edənlərin oxşar psixologiyası birləşdirir. Vladimir Putin "Rusiyasız dünya kimə lazımdır?” deyirsə, İran mollaları da "Bizsiz İran, İransız da dünya kimə lazım?” soruşurlar. Rusiya aydındır, indi görün Tehranın da əlində nüvə silahı kimi bir şey olsaydı, bu çalmalılar nələr edərdilər?

Dünən prezident Pezeşkianın İlham Əliyevə də zəng etdiyi deyildi və bir daha deyirik ki, doktor Pezeşkian müəyyən cəhdlər edir ki, heç olmasa, öz mollalarının siyasətini korrektə etsin. Bunu sezməmək münkün deyil, di gəl, bacarmır, çox güman imkan vermirlər. 

Ona görə də heç təəccüblü deyil ki, o, da dövlətin və ya hökumətin Naxçıvana təcavüzdən xəbərsiz olduğunu dedi. Amma burada yenə də adamın ağlına ritorik bir sual gəlir: ağalar, nə əcəb, İran rejimi bir dəfə çaşıb İrəvana da nəsə etmir?..

Hüseynbala Səlimov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Mart 2026 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see683

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see485

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see278

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see276

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see262

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see259

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see251

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see247

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see247

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see246

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see240

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see230

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see229

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see225

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see224

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see221

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see220

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see213

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see212

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri