Icma.az
close
up
RU
“Monarxiya, yoxsa respublika: sürgündəki şahzadə İranı xilas edə bilərmi?“ BBC

“Monarxiya, yoxsa respublika: sürgündəki şahzadə İranı xilas edə bilərmi?“ BBC

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Məqsəd keçmişə qayıtmaq deyil, İran üçün demokratik gələcək qurmaqdır..."

Bu gün İranda küçələrə çıxan etirazçıların bir hissəsi ölkəyə sürgündə yaşayan şah varisinin - Rza Pəhləvinin qayıdışını tələb edir.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Nəşr qeyd edir ki, Rza Pəhləvi son aylarda açıq şəkildə iranlıları rejimə qarşı etirazlara qoşulmağa çağırır və ölkənin gələcəyində rol oynamağa hazır olduğunu gizlətmir.

Rza Pəhləvi 1960-cı ilin oktyabrında Tehranda anadan olub. O, İranın son şahı Məhəmməd Rza Şah Pəhləvinin ilk oğludur və uşaqlıqdan taxt-tacın varisi kimi yetişdirilib. Lakin 1979-cu ildə İslam inqilabı bu planları alt-üst etdi. İnqilab baş verəndə Rza Pəhləvi 19 yaşında idi və ABŞ-da hərbi pilot ixtisası üzrə təhsil alırdı.

ABŞ-dan o, atasının devrilməsini, ölkəni tərk etməsini və uzun sürgün yolunun sonunda 1980-ci ildə Misirdə xərçəng xəstəliyindən vəfat etməsini izləyirdi. Beləliklə, şah ailəsi bir anda vətənini itirdi və sürgün həyatı ilə üz-üzə qaldı. Onilliklər ərzində ailə iki ağır faciə yaşadı - Rzanın bacısı və qardaşı intihar etdi. O, Pəhləvi sülaləsinin yeganə simvolik nümayəndəsi olaraq qaldı.

Bu gün 65 yaşlı Rza Pəhləvi ABŞ-da, Vaşinqtonun sakit ətrafında yaşayır. Tərəfdarlarının sözlərinə görə, o, açıq və sadə həyat sürür, tez-tez həyat yoldaşı ilə kafelərə gedir və ciddi mühafizə ilə hərəkət etmir.

Siyasətə qayıdış cəhdi və keçmişin kölgəsi

2022-ci ildə İranda növbəti etiraz dalğası zamanı Rza Pəhləvidən soruşulduqda ki, özünü müxalifət hərəkatının lideri kimi görürmü, o və həyat yoldaşı Yasmin birlikdə cavab vermişdi: "Dəyişikliklər ölkənin içindən başlamalıdır".

Lakin son illərdə onun ritorikası xeyli sərtləşib. Ötən il İsrailin İrana endirdiyi zərbələrdən sonra Parisdə keçirilən mətbuat konfransında Rza Pəhləvi açıq şəkildə bəyan etdi ki, İslam Respublikası çökərsə, keçid hökumətinə rəhbərlik etməyə hazırdır. O, hətta belə bir hökumətin ilk 100 günü üçün yol xəritəsini də təqdim etdi.

Pəhləvi bildirir ki, bu mövqeyi sürgündə keçirdiyi illərin dərslərinə və atasının mirasını davam etdirmək istəyinə əsaslanır. Onun sözlərinə görə, məqsəd keçmişə qayıtmaq deyil, İran üçün demokratik gələcək qurmaqdır.

Bununla belə, şah dövrü İranda hələ də kəskin mübahisələr doğurur. Bir çoxları Pəhləvi dövrünü modernləşmə və Qərblə yaxınlıq mərhələsi kimi xatırlayır, digərləri isə senzura və şahın gizli polisi SAVAKın repressiyalarını ön plana çəkir.

Rza Pəhləvinin 1980-ci ildə Misirdə özünü şah elan etməsi də bu gün onun demokratik niyyətlərinin səmimiliyini şübhə altına alan arqumentlərdən biri kimi xatırladılır. Müxtəlif illərdə mühacirətdə İran müxalifətini birləşdirməyə çalışsa da, bu təşəbbüslər daxili ziddiyyətlər səbəbindən təsirli nəticə verməyib.

Dəstək, tənqid və açıq qalan sual

Rza Pəhləvi özünü bu gün taxta qayıtmaq istəyən monarx kimi deyil, milli barışıq üçün mümkün platforma kimi təqdim edir. O, bildirir ki, məqsədi İranda azad seçkilərə, qanunun aliliyinə və qadınlar üçün bərabər hüquqlara gedən yolu açmaqdır. Monarxiya və ya respublika məsələsinin isə referendumla həll edilməli olduğunu vurğulayır.

Tərəfdarları onu İran müxalifətinin dünyada ən tanınan və sülh yolu ilə dəyişiklikləri dəstəkləyən siması hesab edirlər. Tənqidçilər isə deyirlər ki, o, həddindən artıq xaricdən asılıdır və ölkə daxilində sürgündən gələn liderə inam az ola bilər.

Rza Pəhləvinin İranda real populyarlığını ölçmək hazırda mümkün deyil - ölkədə müstəqil sorğular keçirilmir. Kimlərsə hələ də Pəhləvi sülaləsini hörmətlə xatırlayır, kimlərsə, demokratik şüarlarla edilsə belə, bir seçilməmiş liderin digərini əvəzləməsinə qarşıdır.

Atası Qahirədə dəfn olunub. Monarxistlər bir gün onun nəşinin İrana qaytarılacağına ümid edirlər. Lakin şahın oğlunun o günü, yaxud İranın həqiqətən azad olacağı günü görüb-görməyəcəyi sualı hələ də cavabsız qalır - keçmişi ilə hesablaşmaqda olan bir ölkə üçün bu sual açıqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Yanvar 2026 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri