Icma.az
close
up
RU
Monqol əti Azərbaycan bazarını götürüb: ucuz ətin ucuz şorbası, yoxsa... VİDEO

Monqol əti Azərbaycan bazarını götürüb: ucuz ətin ucuz şorbası, yoxsa... VİDEO

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hurriyyet.az xəbər verir ki, son aylarda Azərbaycanda idxal olunan ətin qiyməti yerli bazardakı qiymətlərlə müqayisədə xeyli ucuzdur. Bu səbəbdən xaricdən gətirilən ət məhsullarına tələbat sürətlə artır. Hazırda mağaza və bazarlarda Braziliya, Qazaxıstan, Monqolustan, Belarus, Ukrayna və digər Avropa ölkələrindən gətirilən ət növlərinə geniş rast gəlinir. Rəsmi statistikaya görə, ötən il ərzində Azərbaycana idxal olunan ətin həcmi 41 faiz artıb.

Xüsusilə monqol ətləri və Ukraynadan gətirilən mal əti alıcılar arasında populyarlıq qazanıb. Satıcı Abbas Vəliyev bildirib ki, monqol qoyun əti keyfiyyət baxımından yerli ətlə demək olar ki, fərqlənmir:

“Demək olar, 90 faiz halda fərq hiss olunmur. Biz bu ətin kiloqramını 14 manat 50 qəpikdən satırıq”.

Ukraynadan gətirilən mal ətinin qiyməti isə 12–14 manat arasında dəyişir. Satıcı əlavə edib: “Bizdə Ukraynadan gətirilmiş, yağlılığı 10–15 faiz olan dana əti 12 manat 50 qəpikdən satılır”.

İqtisadçı Xalid Kərimli hesab edir ki, idxalın artmasının əsas səbəbi yerli ətin bahalaşması və əhalinin artan tələbatıdır:

“Mal-qaranın sayının azalması, artan tələbat və heyvanların çox kəsilməsi təbii olaraq qiymət artımına səbəb olur. Belə vəziyyətdə bazar qanunları idxalı stimullaşdırır. İdxalçılar başa düşürlər ki, dondurulmuş ət təzə ətə nisbətən ucuz olmalıdır və bu da onlara bazarda əlavə üstünlük qazandırır”.

Qida Təhlükəsizliyi Agentliyi: “Hər partiya yoxlamadan keçir”

Qida Təhlükəsizliyi Agentliyindən Media.az-a bildirilib ki, idxal olunan bütün ət və ət məhsulları yalnız heyvan xəstəliklərindən azad bölgələrdə yerləşən müəssisələrdən gətirilir və həmin müəssisələr agentlik tərəfindən təsdiqlənir.

Qurumdan əlavə edilib: “Hər bir idxal partiyası mütləq şəkildə baytarlıq sertifikatı ilə müşayiət olunmalı və ölkəyə yalnız rəsmi təsdiqli sənədlərlə daxil olmalıdır”.

Məqalənin hazırlanmasında Media.az saytının materiallarından istifadə edilib.

Ətraflı videoda:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see139

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see139

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri