Icma.az
close
up
RU
“Monqol əti” genetikamıza necə təsir edəcək? “İnsan nə yeyirsə, odur” MƏŞHUR HƏKİM

“Monqol əti” genetikamıza necə təsir edəcək? “İnsan nə yeyirsə, odur” MƏŞHUR HƏKİM

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son zamanlar bazarlarda Monqolustan, Pakistan, Hindistan kimi ölkələrdən gətirilən ət satılır. 

Deyilənə görə, insan doğulduğu coğrafiyanın qidasını qəbul etməlidir, çünki orqanizm həmin mühitin qidalarına uyğunlaşır. Maraqlıdır, ətin mənşə ölkəsinin fərqli olması insan orqanizminə və genetikasına təsir göstərə bilərmi? Ümumiyyətlə, bu ətdən çox istifadə bizim genetikamızı dəyişə bilərmi? 

Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında həkim-farmakoloq, tibb eksperti Aydın Əliyev bildirib ki, insan nə yeyirsə, odur. Həkim qeyd edib ki, qəbul etdiyimiz qidalarda çatışmazlıq varsa, demək, bədəndə də çatışmazlıq var: 

“Yediyimiz qidalar, içdiyimiz sular, aldığımız hava - bütün bunlar sağlamlığımızda əsas rol oynayır. Onlarda çatışmazlıq varsa, bədəndə də çatışmazlıq yaranır. Çünki biz maddələr mübadiləsi ilə yaşayırıq. Bədənimizdə canlı reaksiyalar gedir və həmin reaksiyalar orqanizmdəki proseslərin əsas göstəricisidir. 

Fikir verirsinizsə, uşaq ən çox anasını istəyir, insan isə öz vətəninə bağlı olur. İnsan harada doğulubsa, təbii ki, həmin yerin məhsulları ilə qidalanmalıdır. Amma indi dünya belədir. Xaricdən məhsul gətirməyə məcbur olduğumuz hallarda həmin məhsulların keyfiyyətini müvafiq dövlət qurumları yoxlamalıdır. 

İstər dərman, geyim, istər qida məhsulu olsun - hamısı ekspertizadan keçməlidir. Yalnız keyfiyyət təsdiqlənəndən sonra ictimaiyyətə təqdim olunmalıdır ki, bu qida keyfiyyətlidir, təhlükəli deyil. Bu, birinci vacib məqamdır”. 

Aydın Əliyev əlavə edib ki, hazırda ikinci vacib məqam xaricdən gətirilən ət məsələsidir: 

“Təbii ki, o əti alıb qidalanmağa məcburuq. Amma burada mütləq bişirilmə və saxlanılma qaydalarına, sanitar-gigiyenik normalara əməl edilməlidir. Bir daha deyirəm ki, bunu həmin ətin gəlməsinə, istifadəsinə cavabdeh idarələr məsuliyyət daşıyır. 

Bu, çox vacib şərtdir. Burada məsuliyyət aidiyyəti dövlət qurumlarının üzərinə düşür. Bunlar artıq həkimlik deyil. Bədənimizdə bunun nəticəsində dəyişiklik ola bilərmi? Təbii ki, ola bilər. Amma əgər məhsul keyfiyyətlidirsə, təhlükə yoxdur. 

Amma uzun müddət dondurulmuş halda saxlanılan ətlərdə bəzi fermentlər çatışmır. Ferment ətin həll olmasında iştirak edir. Həmin fermentlər iştirak etməyəndə, qida məhsullarını düzgün saxlamayanda, düzgün bişirməyəndə, təbii ki, insan orqanizminə müəyyən zərərləri var”. 

Həkim-farmakoloqun sözlərinı görə, ətin saxlanma və bişirilmə qaydaları pozulanda, sağlamlığa zərər vermə ehtimalı artır: 

“Xüsusilə də insan orqanizmində öncədən patologiya varsa, bu proseslər daha çox risk yarada bilər. Yəni həmin patologiyanın qıcıqlanmasına səbəb olar. Amma yuxarıda dediyim hallara uyğun hərəkət edilsə, təbii ki, heç bir problem olmaz”. 

Aydın Əliyev vurğulayıb ki, ət məhsullarında diqqətdən kənarda qalan mühüm məqam düzgün çeynəmə prosesidir: 

“Ət məhsullarında digər bir vacib məqam odur ki, onları çox vaxt düzgün çeynəmirik. Allah bizə diş verib. Lakin biz qidanı iki-üç dəfə çeynəyib mədəmizə salırıq. Amma bu, mədədə ətin həll olunmasını çətinləşdirir. 30-32 dişimiz var və qəbul olunmuş normaya görə ət minimum 40–50 dəfə çeynənməlidir ki, mədəyə düşəndə fermentlər onu rahat parçalaya bilsin. Demək, düzgün çeynəməməyin özü nəinki xaricdən gətirilən ət məhsullarını, o cümlədən, yerli ət məhsullarında da eyni riski yaradır”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: “Monqol əti” genetika Aydın Əliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri