Icma.az
close
up
RU
1,2 milyard manat müqabilində “monqol əti” yeyəcəyik?

1,2 milyard manat müqabilində “monqol əti” yeyəcəyik?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“2026-cı ildə Azərbaycanın dövlət büdcəsində kənd təsərrüfatı xərcləri 1,2 milyard manat təşkil edəcək ki, bu da ümumi büdcə xərclərinin 3 %-i deməkdir. Bu göstərici 2024-cü ilin icrası ilə müqayisədə 11,5 %, 2025-ci il proqnozundan isə 1,5 % çoxdur”.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “2026-cı il dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

Nazir qeyd edib ki, son 5 ildə kənd təsərrüfatına ayrılan vəsait 302 milyon manat və ya 32,8 % artırılıb. Ayrılan bu qədər vəsaitə baxmayaraq, kənd təsərrüfatı sahəsində problemlər hələ də qalır. Yerli istehsal artırılsa da, bazarda qiymətlər tam stabilləşməyib. Hətta bəzi kənd təsərrüfatı məhsulları ölkəmizdə yetişdiyi halda daha ucuz olduğu üçün xarici ölkələrdən alınır. 

Məsələn, son zamanlar bazarlarda 12 manata “monqol əti” adlandırılan, Monqolustandan gətirilən qoyun əti satışa çıxarılıb. Yerli mal və qoyun əti satışı isə kəskin azalıb.Nə üçün hələ də özümüzü tam şəkildə yerli kənd təsərrüfatı məhsulları ilə təmin edə bilmirik? Xərclərin artımı məhsuldarlığın yüksəlməsinə necə təsir göstərib? 

Mövzu ilə bağlı “Cümhuriyət” qəzetinə açıqlama verən iqtisadçı- ekspert Akif Nəsirli bildirib ki, son 5 ildə kənd təsərrüfatına ayrılan vəsait artsa da, bu, Azərbaycan kimi böyük aqrar ölkə üçün kifayət etmir: 

“2026-cı ildə Azərbaycanın dövlət büdcəsində kənd təsərrüfatına 1,2 milyard manat vəsait ayrılması nəzərdə tutulur. Bu, büdcə xərclərinin cəmi 3 faizinə bərabər olmaqla, 2024-cü ilin icrasından 11,5 faiz, 2025-ci ilin proqnozundan isə 1,5 faiz çoxdur. Son 5 ildə kənd təsərrüfatı xərcləri 302 milyon manat və ya 32,8 faiz artsa da, bu vəsait hələ də Azərbaycan kimi aqrar potensialı yüksək olan bir ölkə üçün kifayət qədər böyük məbləğ sayılmır. 

Reallıq odur ki, biz hər il 4-5 milyard ABŞ dolları dəyərində kənd təsərrüfatı mənşəli məhsul idxal edirik. Bu, təkcə ərzaq təhlükəsizliyinin zəifliyini deyil, həm də hər il ölkədən milyardlarla dolların xaricə axdığını göstərir. 

Halbuki həmin vəsait aqrar sahənin özünə yönəldilsəydi, yerli kənd təsərrüfatı inkişaf edər, minlərlə kəndli üçün yeni gəlir mənbələri yaranar, ən əsası da valyuta axını dayanar, milli iqtisadiyyatın özünütəminetmə səviyyəsi yüksələrdi. 

Bununla belə, ayrılan vəsaitlərin bölgüsü və səmərəliliyi hələ də arzuolunan səviyyədə deyil. Əsas hissə yenə də subsidiyalar və texnika təminatına yönəldilir, məhsuldarlığı yüksəldən sahələr – elmi tədqiqat, toxumçuluq, torpaq bərpası və suvarma sistemlərinin yenilənməsi kölgədə qalır. Bundan ən çox zərər görən kiçik və orta fermerlərdir. Onlar çox zaman maliyyə və texniki imkanlara çıxış əldə edə bilmir, subsidiyalardan isə yalnız məhdud şəkildə yararlana bilirlər”. 

“Fermer seçim edə bilmir”

Onun sözlərinə görə, ən ciddi problemlərdən biri subsidiyaların verilmə mexanizmidir: 

“Fermerlərin yalnız məbləğin 25 faizini nağd şəkildə əldə etməsinə icazə verilir, qalan 75 faiz isə Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi şirkətlər vasitəsilə xərclənir. Həmin şirkətlər də bilir ki, bu vəsait istənilən halda onlara yönələcək, yəni rəqabət yoxdur. Nəticədə keyfiyyətsiz dərman, gübrə və toxumları ən yüksək qiymətlərlə satırlar. Fermer isə seçim edə bilmir. 

Keyfiyyətsiz toxumla, təsirsiz pestisidlə, zəif gübrə ilə necə məhsuldarlıq əldə etsin? Elə hallar olur ki, zərərvericiyə qarşı istifadə olunan pestisidlər onları məhv etmək əvəzinə sanki bəsləyir. Toxumun bitiş göstəricisi 20–30 faiz civarında qalır. Bu vəziyyətdə nə fermerin, nə də dövlətin səyləri real nəticə verir. İqlim dəyişmələri və su qıtlığı da məhsuldarlığı ciddi şəkildə məhdudlaşdırır. 

Suvarma sistemlərinin köhnəlməsi və meliorasiya işlərinin ləng getməsi bir çox bölgələrdə məhsul itkisinə səbəb olur. Bu, xüsusilə pambıq, taxıl və tərəvəz istehsalında özünü göstərir. Aqrar elmi-tədqiqat institutlarının fəaliyyəti zəif, texnoloji yeniliklərin tətbiqi isə olduqca məhduddur. Dron, torpaq analizi və rəqəmsal idarəetmə sistemləri kimi innovativ həllər hələ də kənd təsərrüfatında geniş tətbiq olunmur. 

Torpaq münasibətlərindəkiproblemlər də səmərəliliyi azaldır. Kiçik, parçalanmış torpaq sahələri istehsalda iqtisadi miqyas effekti yaratmağa imkan vermir. Fermerlər arasında kooperasiya zəifdir, bu da həm məhsuldarlığı, həm də bazar rəqabətini aşağı salır”. 

“Məhsuldarlıq inkişaf etmiş ölkələrlə müqayisədə 4–5 dəfə aşağıdır”

Ekspert qeyd edib ki, yerli istehsal strukturunda da balanssızlıq müşahidə olunur: 

“Əsas diqqət hələ də pambıq və taxıl kimi ənənəvi sahələrə yönəldilir, əhalinin gündəlik tələbatını ödəyən süd, ət və tərəvəz istehsalı kifayət qədər stimullaşdırılmır. Nəticədə, ərzaq buğdası, süd və ət məhsulları üzrə idxal asılılığı davam edir. Statistik göstəricilər də vəziyyətin dəyişmədiyini göstərir. 

Son 5 ildə kənd təsərrüfatına ayrılan vəsait 32,8 faiz artsa da, ümumi məhsul istehsalı cəmi 20–22 faiz artıb. Əmək məhsuldarlığı inkişaf etmiş ölkələrlə müqayisədə 4–5 dəfə aşağıdır. Bu, onu göstərir ki, xərclərin artımı məhsuldarlığın yüksəlməsini təmin etmir. 

Yəniməsələnin mahiyyəti ayrılan vəsaitin həcmi deyil, onun necə və hara yönəldilməsindədir. Kənd təsərrüfatında real dönüş yaratmaq üçün vəsaitin səmərəli idarə olunması, korrupsiya və monopoliyaya şərait yaradan mexanizmlərin aradan qaldırılması vacibdir. Suvarma və aqrotexnoloji infrastruktur yenilənməli, kiçik fermerlərin kooperativləri genişləndirilməli, subsidiyalar isə yalnız məhsuldarlıq və innovasiya şərtlərinə bağlanmalıdır.

Yalnız bu halda ayrılan büdcə vəsaiti kağız üzərində deyil, real həyatda nəticə verər və Azərbaycan öz kənd təsərrüfatı məhsulları ilə daxili bazarını təmin edən ölkəyə çevrilər”. 

Gülər 
"Cebheinfo.az" 

Açar sözlər: “monqol əti” Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri