Icma.az
close
up
RU
Monqolustandan gətirilən ətlə bağlı müəmma: ucuz olmasının səbəbi bu imiş

Monqolustandan gətirilən ətlə bağlı müəmma: ucuz olmasının səbəbi bu imiş

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illər Azərbaycana müxtəlif ölkələrdən gətirilən ət məhsullarının həcmi artır. Xüsusilə də Monqolustandan idxal edilən qoyun əti diqqət çəkir. Belə ki, təkcə keçən il ölkəyə 391 ton bu növ ət gətirilib. Ətin ucuz qiymətə başa gəlməsi ilk baxışda cəlbedici görünsə də, onun əldə olunma və emal prosesi, həmçinin saxlanma və satış şəraiti bir sıra ciddi suallar doğurur. Bildirilir ki, Avropa İttifaqı () belə əti ümumiyyətlə ərazisinə buraxmır, çünki standartlara cavab vermir.

Monqolustandan 5-6 manata alınan qoyun əti niyə Azərbaycanda 22-23 manata satılır?  

Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov deyib ki, 1000 (bir min) monqol tuqrikinin manata münasibətdə məzənnəsi orta hesabla 0.47 manatdır.

“Qoyun ətinin Monqolustanın yerli bazarlarında pərakəndə satış qiyməti 12000 və ya 13500 tuqrikdir. Bu da o deməkdir ki, məhsulun 1 kiloqramının Azərbaycan manatına uyğun olaraq qiyməti 5,64  və 6,40 manat arasında dəyişir. Heyvandarlıq monqol xalqının əsas məşğuliyyətidir. Dünyanın çox ölkələri, eləcə də qardaş Türkiyə də Monqolustandan xırdabuynuzlu heyvanlar idxal edir. Burada hətta valideynlər yeni qurulmuş ailəyə 1000 qoyun hədiyyə verirlər”.

Elçin Qurbanov

İqtisadçı qeyd edib ki, ixrac edilən heyvanlar qida təhlükəsizliyi qaydalarına uyğun olaraq yoxlanılır, laborator analizlər götürülür və müvafiq qaydada sənədləşdirilir:

“İxrac məqsədilə kəsim prossesi isə islam dininin qaydalarına uyğun şəkildə ən yüksək gigiyenik prosedurlara riayət olunmaqla həyata keçirilir. Qiymətlərin aşağı olması qətiyyən xəstəliklərlə əlaqəli deyil. Qeyd edim ki, xırdabuynuzlu heyvanların əti bizim yerli heyvanların ətindən daha yağlıdır. Keyfiyyət göstəriciləri isə digər istehsalçı ölkələrin məhsullarından aşağı deyil. O ki qaldı Avropanın bu məhsulları ölkə ərazisinə buraxmamasına, bu məsələni keyfiyyət anlayışı ilə əlaqələndirmək olmaz. Əvvəla Avropanın ən çox tükətdiyi donuz ətidir. Sözügedən ölkələrdə qoyun ətinin kiloqramı keyfiyyətindən asılı olaraq  10-25 avro arasında dəyişir. Donuz əti qoyun və mal ətindən daha ucuzdur. Lakin etiraf etmək lazımdır ki, Avropa kənd təsərrüfatına xeyli merkantil (qazanca meyilli) yanaşır. Yerli istehsalı kənar rəqabətdən qorumaq üçün yalnız qanun deyil, ictimai təfəkkür də bu istiqamətə köklənib. Buna baxmayaraq, bəzi Avropa ölkələri sənaye məqsədləri üçün Monqolustandan quyruq və ət idxal edirlər”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see221

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see215

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see171

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see166

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see157

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see154

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see153

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see153

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see152

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see146

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see146

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see145

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see138

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see138

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see135

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri