Icma.az
close
up
RU
Monqolustandan gətirilən ətlə bağlı ŞOK görüntülər Heyvanı belə kəsirmişlər VİDEO

Monqolustandan gətirilən ətlə bağlı ŞOK görüntülər Heyvanı belə kəsirmişlər VİDEO

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Daha öncə də xəbər verdiyimiz kimi, Monqolustandan ölkəmizə ət idxal edilir. Bu ətlər nisbətən ucuz qiymətə təklif olunduğu üçün Azərbaycanda da həmin ətin alıcıları az deyil.

Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Monqolustanda kəsilən heyvanların dini qaydalara, yəni İslam qaydalarına uyğun olaraq kəsilmədiyi açıq şəkildə görünür. Məlum olur ki, Monqolustandakı heyvanlar şəriət qaydalarına əsasən deyil, tam fərqli üsulla kəsilir. Bunun əsas səbəbi həmin ölkə əhalisinin dini inanclarının fərqli olmasıdır.

Qeyd olunur ki, Monqolustanda qoyun və digər heyvanlar çox olduğuna görə, həmçinin saxlanma və soyuducu şəraitin zəif olması səbəbindən ətlər kütləvi şəkildə kəsilir və ucuz qiymətə satışa çıxarılır. Lakin yayılan kadrlarda kəsim prosesinin olduqca vəhşicəsinə aparıldığı görünür. Belə ki, heyvan diri vəziyyətdə ikən qarnı yarılır, daxili orqanlarına müdaxilə edilir və heyvan tam can verə bilməmiş onun dərisi soyulmağa başlanılır.

Mövzu ilə bağlı sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Avtosfer.az-a açıqlamasında bildirib ki, Birinci növbədə onu qeyd etmək lazımdır ki, dabaq xəstəliyi mövsümi xarakter daşıyır və illərin müəyyən fəsillərində daha geniş şəkildə yayılır:


“Bu, ilk növbədə kənd təsərrüfatına, sahibkarlara və təbii ki, heyvanlara ciddi zərər vurur. Çünki xəstə heyvanlardan, xəstəliyin sürətlə yayılması səbəbindən, artıq nə süd almaq, nə də ətindən istifadə etmək mümkün olur. Belə olan halda, əgər bu ətlər mənşəyi məlum olmayan yerlərdə satılarsa və sanitar-gigiyena qaydalarına əməl edilməzsə, bu, insan sağlamlığı üçün təhlükə yarada bilər.

Nəzərə almaq lazımdır ki, ət zülal mənşəli məhsuldur, yüksək risk qrupuna aiddir və soyuq qida zəncirində daşınmalıdır. Satılarkən, hazırlanarkən, saxlanarkən və bişirilərkən sanitar-gigiyena qaydalarına əməl olunması ilə yanaşı, temperatur rejimi də ən vacib faktorlardan biridir. Əgər bu qaydalara riayət olunarsa, heç bir problem yaranmaz.

Əsas məqam odur ki, ət alarkən onun mənşəyi bəlli olan yerdən alınması vacibdir. Mütləq şəkildə keyfiyyətə dair və baytar nəzarətindən keçməsinə dair arayışın olması tələb olunur. Dövlət nəzarətindən keçmiş yerlərdən ət almaq xüsusilə xəstəliyin geniş yayıldığı dövrlərdə ən vacib məsələlərdən biridir.

Əgər insan orqanizmi genetik olaraq xüsusilə bizim bölgədə ət yeməyə meyillidirsə və ətdən alınan B12, dəmir, miyoglobin kimi faydalı elementlərə öyrəşibsə, bu qidalar həm həzm baxımından asan mənimsənilir, həm də orqanizm üçün daha faydalıdır. Lakin ətdən imtina edilərsə, bu zaman mütləq şəkildə balanslı qida rasionu tətbiq olunmalıdır”.


Mütəxəssis əlavə olaraq qeyd edib ki, əgər “B12” vitamini ilə zəngin olan ət və heyvan mənşəli məhsullar rasiondan çıxarılarsa, bu zaman “B12” tərkibli çərəzlər xüsusilə qoz, fındıq, badam kimi məhsullar gündəlik rasiona daxil edilməlidir:

“Bununla yanaşı, zülal mənşəli paxlalılardan da istifadə vacibdir. Buraya mərcimək, noxud, lobya, qarabaşaq (qreçka) kimi qidalar daxildir.

Bütün bunları qəbul edərkən “C” vitamini ilə zəngin tərəvəzlərdən istifadə etmək lazımdır. Çünki sayılan qidaların tərkibindəki faydalı elementlər, xüsusilə də dəmir, “C” vitamini ilə birlikdə qəbul olunduqda orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Əgər bu qidalar kifayət qədər qəbul edilməzsə, uzun müddətdən sonra vitamin və mineral çatışmazlığından qaynaqlanan xəstəliklər yarana bilər. Bu isə bəzən müalicəsi çətin olan və ya geri dönüşü olmayan sağlamlıq problemlərinə gətirib çıxara bilər.
Əgər balanslı qidalanma təmin edilməzsə, bu zaman xüsusilə “B12” vitaminini qida əlavəsi şəklində qəbul etmək vacibdir. Çünki “B12” vitamini ətdə olduğu qədər digər bitki mənşəli qidalarda mövcud deyil. Buna görə də bu məqamlara diqqət yetirmək lazımdır.

Digər bir məqam isə ondan ibarətdir ki, bu vəziyyətin uzun müddət davam etməsi təbii ki, mümkün deyil. Çünki illərdir müəyyən xəstəliklərin bir dövrdə sürətlə yayılıb, sonra isə tədricən aradan qalxdığını müşahidə etmişik. Dabaq xəstəliyi də məhz belədir. Çox vaxt yaz və payız fəsillərində heyvanlar arasında sürətlə yayılır. Lakin bu, heyvandarlığın tamamilə sıradan çıxmasına səbəb olmur.

Uzun illər ərzində insanlar həm heyvan, həm də bitki mənşəli qidalardan istifadə ediblər. Lakin iqtisadi baxımdan bu vəziyyətin uzunmüddətli olması yerli sahibkarlara, fermerlərə və kənd təsərrüfatı ilə məşğul olan insanlara ciddi zərər vura bilər. Buna görə də qanunvericilik çərçivəsində müəyyən tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində yoxlamalar aparılır, xəstəliyin sürətlə yayıldığı ərazilərdə bazarların müvəqqəti bağlanılması, ət kəsim məntəqələrinə nəzarətin gücləndirilməsi kimi proseslər icra olunur.

Hazırda satışda xaricdən gətirilən çoxsaylı ət məhsulları var. Bu ətlər əsasən Monqolustandan, Braziliyadan, Hindistandan, Qazaxıstandan və Pakistandan idxal olunur. Lakin bu zaman müəyyən problemlər də yarana bilər. Əgər daşınma zamanı soyuq qida zəncirinə, yəni temperatur rejiminə riayət edilməzsə və ya nəqliyyat vasitəsində texniki nasazlıq olarsa, ətin tərkibində mikrobioloji çirklənmə baş verə bilər. Bu isə insan sağlamlığı üçün təhlükə yarada bilər.


Bu səbəbdən satışa çıxarılan bütün ətlər mütləq şəkildə yoxlanılmalı, mənşə ölkəsi, kəsim və istehsal tarixi, son istifadə müddəti və baytar nəzarətinə dair sertifikatlar göstərilməlidir. Xüsusilə xaricdən gətirilən ət məhsulları üçün risk analizi və laborator müayinələr aparılmalı, yalnız qida təhlükəsizliyi tələblərinə cavab verən məhsullar satışa buraxılmalıdır”.

Məhsəti Hüseynova son olaraq bildirib ki, ət alışında etibarlı, keyfiyyətli və mənşəyi bəlli olan mənbələrə üstünlük verilməlidi:

“Əgər uzun məsafədən ət alınacaqsa, bu, tövsiyə edilmir. Çünki daşınma zamanı temperaturun dəyişməsi, ətin donunun açılması və ya yüksək temperaturda saxlanması halları baş verərsə, bu, qida təhlükəsizliyi baxımından ciddi risk yaradır. Buna görə də ətin evə yaxın, sanitar qaydalara riayət olunan satış məntəqələrindən alınması daha məqsədəuyğundur”.

Eltac Züflüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 Noyabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri