Icma.az
close
up
RU
Montella İtaliyada oynayan türkiyəlilər haqda nə dedi?

Montella İtaliyada oynayan türkiyəlilər haqda nə dedi?

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montella İtaliyanın ''Qazetto dello Sport'' nəşrinə karyerasını İtaliyada davam etdirən Kənan Yıldız və Hakan Çalhanoğlu haqda açıqlamalar verib.

50 yaşlı mütəxəssis bunları deyib:

''Kənan bu mövsüm ''Yuventus''da çox şans qazanır və özünü göstərməyi bacarır. Mükəmməl istedada malikdi və yalnız 19 yaşda olduğunu unutmayaq. Bu yaşda ''Yuventus'' kimi klubun əsas heyət üzvü hesab olunması ona bəzən ağır gəlir. Ondan təcrübəli futbolçularda olan sabitliyi gözləmək düzgün deyil. Müdafiə olunmaq, rəqibi sona qədər qovalamaq da daxil olmaqla bəzi şeyləri necə etməli olduğunu bilir. Amma elə məqamlar da var ki, hələ onların üzərində işləməlidi. İlk növbədə son nöqtədə, yəni qərar vermək anında, qol və ya məhsuldar ötürmələr zamanı daha qərarlı olmalıdı. Son 16 metrədə daha sərbəst olmalıdı. Bundan başqa bunu dəfələrlə söyləmişəm ki, yeri gələndə ''çirkin'' qollar da vurmağı bacarmalıdı. Məsələn, qapıçıdan, müdafiəçidən dönən topu, eləcə də qapı önündə yaranan qarışıqlıq zamanı bir toxunuşla topu tora göndərə bilməlidi. O çalışır ki, hər zaman baxımlı qollar vursun. Onun oyununu izləmək insana zövq verir. Əsas mövqeyi sol vingerdi. Ancaq ikinci hücumçu, ya da hücumameyilli mərkəz yarımmüdafiəçisi kimi də oynamağı bacarır. Onun inkişafından məmnunam. Hakana gəlincə, son vaxtlar bir neçə dəfə zədə alaraq sıradan çıxmalı oldu. Bu da onun bir qədər enişli-yoxuşlu qrafik cızmasına səbəb oldu. Bu mövsüm hələ ki, maksimum səviyyəsinə çata bilməyib. Amma ''İnter'' onunla və onsuz iki fərqli komandadı. Hakana olan hörmətim 1 santimetr də azalmayıb. Əla oyunçudu və hər şeyə sahibdi. Taktiki zəka, texniki özəlliklər, xarakter, düzgün baxış tərzi, qalib mentaliteti... Meydanda fərq yaratmağı bacarır. ''İnter''də son vaxtlar əvvəlki dönəmlərə görə top hücuma gec çatdırılır. Komanda hücuma ləng çıxır. Bu da Çalhanoğlunun oyununa mənfi təsir göstərir''.


ƏLİ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Fevral 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri