Montella püşkatmanı dəyərləndirdi
Icma.az, Metbuat portalına istinadən məlumat verir.
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella DÇ-2026-nın pley-off mərhələsi ilə bağlı açıqlama verib.
Metbuat.az xəbər verir ki, Türkiyənin Rumıniya ilə qarşılaşacağını xatırladan Montella rəqibin məşqçisini tərifləyib. O, "Mən onların məşqçisi Mirça Luçeskunu çox yaxşı tanıyıram. Lakin bildiyiniz kimi, o, əvvəllər Türkiyə millisində və Türkiyə klublarında işlədiyi üçün İtaliya və Türkiyə mentalitetini yaxşı bilir", - deyə bildirib. Montella həmçinin potensial final matçı ilə bağlı da danışıb. Montellanın sözlərinə görə, həm Kosovo, həm də Slovakiya kompakt oynaya bilən komandalardır. O, potensial rəqiblə final matçının səfərdə olacağını, amma bu məqamda bunun əhəmiyyət daşımadığını ifadə edib.
Qeyd edək ki, DÇ-2026-nın pley-off mərhələsində Türkiyə doğma meydanda Rumıniya ilə üz-üzə gələcək. Türkiyə Rumıniyanı məğlub edərsə, Slovakiya - Kosovo cütlüyünün qalibi ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 21 Noyabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















