Monteneqroda saxlanılan azərbaycanlı ilə bağlı yeni faktlar
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Monteneqroda yaşayan bir qrup azərbaycanlının günahsız yerə saxlanıldığı iddia olunur. Saxlanılan şəxslərdən biri - Anar Həsənov bildirib ki, hadisə Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin Türkiyə vətəndaşı tərəfindən bıçaqlanmasından sonra baş verib.
Modern.az Xəzər TV-yə istinadən xəbər verir ki, yerli sakinlər onların yaşadığı yataqxananı mühasirəyə alaraq daşlamağa başlayıblar və onlar dərhal polisə bu barədə məlumat veriblər. Monteneqro polisi gəldikdə isə aralarında azərbaycanlıların üstünlük təşkil etdiyi 45 nəfəri saxlayıb.
Anar Həsənov onu da iddia edir ki, saxlanılan digər şəxslər buraxılsa da, Yaqub Qurbanov adlı şəxsin ayaqqabısı şəhərdə baş verən bıçaqlanma hadisəsində iştirak edən adamın ayaqqabısına oxşadıldığından o, həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 29 Oktyabr 2025 07:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















