Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Dadaş Balakişi oğlu Dadaşzadə Monteneqrodan ölkəyə ekstradisiya olunacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluğun Monteneqronun Ədliyyə Nazirliyinə sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində sözügedən şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
“Sabunçu Rayon Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Dadaş Dadaşzadənin ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul olunub, istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib. Keçirilmiş tədbirlər nəticəsində D.Dadaşzadənin Monteneqro Respublikasının ərazisində olduğu yer müəyyən edilərək saxlanılması təmin edilib.
Hazırda Dadaş Dadaşzadənin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir”, - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:Monteneqroda saxlanılan azərbaycanlı ölkəyə ekstradisiya edildi
29 İyul 2026 18:50
Monteneqroda iki Azərbaycan vətəndaşı bıçaqlandı
07 İyun 2025 17:12
Gürcüstanda saxlanılan Azərbaycan vətəndaşı ölkəyə gətirilib
30 İyul 2025 19:44
Azərbaycan vətəndaşı Monteneqroda faciəvi şəkildə öldü
26 Dekabr 2025 10:37
Monteneqroda Azərbaycan vətəndaşı saxlanıldı Yerli sakini bıçaqlayıb?
28 Oktyabr 2025 09:04
Baxış sayı:120
Bu xəbər 02 Noyabr 2026 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















