“Monteneqrodakı vətəndaşlarımızla bağlı zəruri tədbirlər görülür”
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı Monteneqro hüquq-mühafizə orqanları ilə müvafiq danışıqlar aparılır və məsələ diplomatik kanallar vasitəsilə diqqətdə saxlanılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Report”a Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, Azərbaycanın Serbiyada Səfirliyi və Monteneqrodakı diplomatik ofisi Podqoritsada baş vermiş, Türkiyə vətəndaşlarının, bir Azərbaycan vətəndaşının saxlanılması ilə nəticələnən iğtişaşlarla əlaqədar yayılan məlumatları diqqətlə izləyir:
“Səfirliyimiz və diplomatik ofisimiz Monteneqroda yaşayan və çalışan vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, eləcə də onların hüquqlarının və qanuni maraqlarının qorunması məqsədilə zəruri tədbirlər görür”.
Diplomatik nümayəndəlik Monteneqro ərazisində yaşayan və səfərdə olan bütün Azərbaycan vətəndaşlarına müraciət edərək, ictimai asayişin qorunması və mümkün insidentlərdən yayınmaq məqsədilə keçirilə biləcək hər hansı kütləvi aksiyalardan uzaq durmağı, yerli qanunvericiliyin tələblərinə ciddi riayət etməyi və zərurət yarandığı təqdirdə səfirlik və diplomatik ofisimizlə dərhal əlaqə saxlamağı tövsiyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 29 Oktyabr 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















