Icma.az
close
up
RU
Moody’s: Xalq Bank ın əmanət portfelinin 54% i 20 depozitara aiddir

Moody’s: Xalq Bank ın əmanət portfelinin 54% i 20 depozitara aiddir

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

“Moody’s Ratings” beynəlxalq agentliyi “Xalq Bank” ASC-nin uzunmüddətli yerli və xarici valyutada depozit reytinqini “Ba3” səviyyəsində təsdiqləyib. Reytinq üzrə proqnoz "sabit" olaraq saxlanılıb.

APA-Economics” xəbər verir ki, agentlik Bankın problemli kreditlərinin artmasına diqqət çəkib. Belə ki, 2023-cü ilin sonunda ümumi kredit portfelinin 5,3%-ni təşkil edən problemli kreditlərin payı 2024-cü ilin sonuna 5,9%-ə yüksəlib. Eyni zamanda, bu kreditlər üzrə yaradılan ehtiyatların təminat səviyyəsi 84%-dən 80%-ə enib.

“Moody’s” qeyd edir ki, Bankın problemli kreditlərinin artmasına baxmayaraq, Azərbaycandakı müsbət makroiqtisadi mühit bu göstəricinin 5-6% aralığında sabit saxlanmasına imkan verəcək.

2024-cü ildə Bank 66 milyon manat xalis mənfəət əldə edib. Bu göstərici aktivlərin gəlirliliyi baxımından (ROTA) 2,2% təşkil edib ki, bu da son 5 ilin orta göstəricisindən (1,5%) yüksəkdir. Mənfəətin artmasına əsasən 4,8%-lik faiz marjası və aşağı risk ehtiyatları səbəb olub.

Hesabat dövründə Bankın kapital mövqeyi də möhkəmlənib. Risk çəkili aktivlərə nisbətdə maddi əsas kapitalın payı 17,4%-ə çatıb. Lakin gələcəkdə dividend ödənişləri və aktivlərin artması bu göstəricinin bir qədər enməsinə səbəb ola bilər.

Moody’s eyni zamanda Bankın depozit portfelində yüksək konsentrasiya riskini də qeyd edib. Belə ki, ilk 20 depozitçi ümumi depozitlərin 54%-ni təşkil edir. Buna baxmayaraq, sabit müştəri bazası bu riski qismən kompensasiya edir.

Agentlik qeyd edib ki, Banka reytinq dəstəyi Azərbaycan hökumətinin potensial müdaxiləsi ehtimalı ilə bir pillə artırılıb. Hazırkı reytinq göstəricilərinə mənfi təsir yalnız aktiv risklərinin artması və ya dövlət dəstəyinin zəifləməsi fonunda baş verə bilər.

Xatırladaq ki, Bankın depozit portfelinin ümumi həcmi 1 yanvar 2025-ci il tarixinə 1 milyard 905,4 milyon manat təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 İyul 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri