Moody’s Ratings Xalq Bank ın 2024 cü il üzrə reytinqini təsdiqlədi
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
Moody’s Ratings beynəlxalq reytinq agentliyi "Xalq Bank"ın 2024-cü il üzrə fəaliyyətinin nəticələrini təhlil edərək kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) b1 səviyyəsində təsdiqləyib.
"Unikal" xəbər verir ki, Agentlik Bankın reytinq üzrə proqnozu “stabil” olmaqla, yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsində, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent risk reytinqini (CRR) Ba2/NP səviyyəsində təsdiqləyib.
Moody’s Ratings ekspertləri BCA b1 qiymətləndirməsini Bankın möhkəm gəlirlilik qabiliyyəti, güclü kapitalı və sabit depozit portfelinə əsaslanan sağlam maliyyə və likvidlik mövqeyi ilə əlaqələndirir.
Hesabatda yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi üzrə Ba3 göstəricisi Bankın kredit və depozit üzrə iri bazar payına malik olması ilə əsaslandırılır. Həmçinin qeyd edilir ki, Bankın güclü kapital mövqeyi, gözlənilməz kredit zərərlərinin qarşılanması üçün kifayət qədər “bufer” təmin edə bilər.
Qeyd edək ki, ölkənin ən böyük özəl banklarından biri olan "Xalq Bank"ın 2025-ci ilin II rübünün yekunlarına əsasən aktivləri 3.4 mlrd manat, kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) 1.9 mlrd manat, depozitlərin həcmi 2.4 mlrd manat, cəmi kapitalı 534 mln manat təşkil etmişdir.
"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 09 İyul 2025 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















