Moped sürənlər bu qaydalara riayət etməlidirlər EKSPERTDƏN XƏBƏRDARLIQ VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son vaxtlar ölkədə mapetlərin sürətlə artması ilə bağlı həm yol hərəkəti təhlükəsizliyi, həm də qəza riskləri gündəmə gəlib. Xüsusilə gənclərin mopedlərdən çox istifadə etməsi, lakin qaydalara yetərincə riayət etməməsi ağır nəticələrə səbəb olur.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov məsələ ilə bağlı çıxışında moped sürücülərinə, xüsusilə də gənclərə müraciət edərək onların yol hərəkəti qaydalarına ciddi əməl etməli olduqlarını bildirib. O deyib ki, elementar qaydalara əməl edilmədiyi üçün qəzalar baş verir və ağır fəsadlar yaşanır.
Ekspertin sözlərinə görə, moped sürərkən onun ön və arxa fənərlərinin istər gündüz, istərsə də gecə daim yanılı vəziyyətdə olması vacibdir. Moped yalnız avtomobil yolunun sağ zolağı ilə hərəkət etməlidir. Birinci zolaqda sürmək, həmçinin mopedlə sərnişin daşımaq qəti qadağandır. Bundan başqa, bu nəqliyyat vasitəsindən yalnız bir nəfərin istifadəsinə icazə verilir.
Eldəniz Cəfərov əlavə edib ki, yay mövsümü ərzində Dövlət Yol Polisi müəyyən maarifləndirmə işləri aparıb, moped sürücüləri ilə söhbətlər olub. “Ümid edirəm ki, bu tədbirlər öz bəhrəsini verəcək. Amma ən əsası odur ki, hər kəs özünü qorumalıdır,” – deyə ekspert bildirib.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 11 Sentyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















