Moped sürənlər təhlükə yaradır
Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
"Gənc və iş tapa bilməyənlər kuryer kimi çalışır. Hər zaman onların yanında olmuşam. Son zamanlar moped sürənlərin özləri öyrənir, kurs yoxdur. Bu da piyadaları və maşın sürənləri qəzəbləndirir. Bəzən bahalı maşın sürənlər onların üstünə gəlir. Bu, pisdir. Amma bir neçə gündür görürəm ki, bir çox gənc bilərəkdən qayda pozur, qəza yaranmasına şərait yaradırlar".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı, prodüser Tarix Əliyev sosial şəbəkədə yayımladığı videoda deyib. O, moped sürənlərə səslənib:
"Böyük problemlərə səbəb olurlar. Bu, təkcə sürücülərin arasında yox, piyada keçidində də rast gəlinir. Polis onları saxlayanda, aparıb cəza verəndə səs-küy salırlar. Bu gün başıma gələni çəkmədim, amma günahkar idi. Ölümlə nəticələnə bilərdi. Diqqətli olun".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 18 Avqust 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















