Moskva aeroportlarında xaos: 12 mindən çox sərnişin gözləyir
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 18 iyun, AZƏRTAC
Moskvanın hava limanlarında reyslərin gecikməsi və ləğv olunması səbəbindən 12 mindən çox sərnişin qalıb.
AZƏRTAC xəbər verir ki, Rusiya mediasında yayılan məlumatlara görə, paytaxt aeroportlarında 60 təyyarə iki saatdan çox gecikib, 80 təyyarə digər hava limanlarına yönləndirilib, 70 uçuş isə ləğv edilib.
Uçuş cədvəlinin dəyişməsinə dron hücumlarının səbəb olduğu, hazırda 12 min 400 sərnişinin aeroportlarda uçuş gözlədiyi bildirilir.
Qeyd olunur ki, hava limanları təyyarələrin uçuş və enişinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa başlayıb. Moskva nəqliyyat prokurorluğu aviaşirkətlərin müştərilərinin hüquqları ilə bağlı Rusiya qanunvericiliyinə riayət olunmasını izləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 18 İyun 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















