Moskva aeroportlarında 30 dan çox reys ləğv edilib
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın paytaxtı Moskvanın Domodedovo, Vnukovo, Şeremetyevo və Jukovski hava limanlarında qar səbəbindən 37 reys ləğv edilib, 40 reys isə iki saatdan çox gecikir.
Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlikdən bildirilib ki, paytaxtın hava limanları təyyarələri qəbul etməyə və yola salmağa davam edir.
Bu gün 538 reys həyata keçirilib. Təyyarələrə və sərnişinlərə operativ xidmət göstərmək üçün əlavə heyət cəlb olunub. Uçuş-enmə zolaqları mütəmadi olaraq xüsusi kimyəvi maddələrlə təmizlənir.
Moskvada və Moskvaətrafında sarı hava təhlükəsi səviyyəsi qalmaqdadır. Günün sonuna qədər paytaxtda qarın hündürlüyü 7-12 sm-ə qədər artacaq. Şəhər yollarında buzlanma və qar yığınları müşahidə olunur. Nəqliyyat departamenti qar yağışının noyabrın 28-inə dək davam edə biləcəyi barədə xəbərdarlıq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 25 Noyabr 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















