Moskva Azərbaycan və Ermənistanın MDB də üzvlüyünün davam etdirilməsinə heç bir təhlükə görmür
Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
“Rusiya Azərbaycan və Ermənistanın MDB-də üzvlüyünün davam etdirilməsinə heç bir təhlükə görmür”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesini diqqətlə izləyir.
"Kimdən təhlükə ola bilər? Kimin üçün və necə ifadə olunur? MDB-yə üzvlük könüllüdür. Təhlükə sözünün haradan gəldiyini başa düşə bilmirəm. MDB dövlətlərin azad birliyidir. Hər iki ölkə mütəmadi olaraq müxtəlif səviyyələrdə birgə bəyanatlarda, sənədlərdə iştirak edir”, - deyə siyasətçi vurğulayıb.
Pankin qeyd edib ki, biz həmçinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdığını görürük. Ümid edirik ki, bu, onların MDB-də gələcək iştirakı üçün müsbət amilə çevriləcək.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 11 Sentyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















