Moskva Bakı ilə İrəvan arasında razılaşmaya nikbin yanaşır Overçuk
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumunun sessiyasında deyib.
“Biz Ermənistanla Azərbaycan arasında imzalanmış sazişə çox ehtiyatla və nikbin yanaşırıq. Bu, həm də bizim böyük Avrasiya regionumuzda sülhün möhkəmlənməsinə mühüm töhfədir”, - deyə o bildirib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar.
Sənədə əsasən, Ermənistan Azərbaycanın Naxçıvanla quru əlaqəsi yaratmağa ümid etdiyi marşrutun inkişafı üçün 99 il müddətinə ABŞ-a müstəsna uzunmüddətli hüquqlar verəcək. Amerika tərəfi torpaq sahəsini infrastruktur və idarəetməyə cavabdeh olan konsorsiuma subicarəyə verməyi planlaşdırır.
Hər iki ölkənin xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun və əlaqədar strukturların buraxılması ilə bağlı birgə müraciət də imzalayıblar.
Ermənistan və Azərbaycanın xarici işlər nazirləri də gələcək sülh sazişinin mətnini paraflayıb və sonra dərc ediblər.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 04 Sentyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















