Moskva ilə İrəvan arasında ticarət böhranı: Overçuk daha pis olacağını deyir
Icma.az, Bakupost saytına istinadən bildirir.
Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin şəkildə azalır.
Rusiya baş nazirinin müavini Aleksey Overçukun sözlərinə görə, 2026-cı ilin 6 ayında 2025-ci ilin anoloji dövrü ilə müqayisədə ticarət dövriyyəsi üçdə ikiyə qədər azalıb və azalmağa davam edəcək.
Bakupost.az xəbər verir ki, Overçuk Ermənistanla münasibətlərdə yaranan vəziyyətlə əlaqədar olaraq ticarət dövriyyəsinin azalmasının gözlənilən olduğunu deyib.
O bildirib ki, 2024-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə- təxminən 12 milyard dollara çatıb:
“Keçən il isə bu rəqəm təxminən 8 milyard dollara düşdü. Cari ildə isə ticarət dövriyyəsi kəskin şəkildə azalır - 2025-ci illə müqayisədə təxminən üçdə ikiyə qədər azalıb. Vəziyyət elədir ki, azalma davam edəcək".
Məlumata görə, 2026-cı ilin ilk altı ayında ölkələr arasında ticarət dövriyyəsi 2,63 milyard dollar təşkil edib. Bu rəqəm 2025-ci ilin anoloji dövründə isə 3,326 milyard dollar olub.
Eyni zamanda, Rusiyanın ümumi ticarət dövriyyəsindəki payı da azalıb: 2026-cı ilin yanvar-iyun aylarında bu, ümumi ticarət dövriyyəsinin 27,5%-ni təşkil edib, ötən ilin eyni dövründə isə bu rəqəm 34,7% olub.
Rüfət Sultan,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 06 Avqust 2026 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















