Icma.az
close
up
RU
Moskva Bakı “xəttində” Badamov qalmaqalı Qara qüvvələr iş başında

Moskva Bakı “xəttində” Badamov qalmaqalı Qara qüvvələr iş başında

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Deputat: “Sual olunur: iki həftə ərzində nə baş verdi ki, azərbaycanlı deputatın Rusiyaya girişinə qadağa qoyuldu?”

Ötən həftənin sonunda Rusiya tərəfinin dəvəti və Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb. Amma nümayəndə heyətinin tərkibinə daxil olan Milli Məclisin deputatı Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib.

İddialara görə, bu qərar Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevin Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlamalarına cavab olaraq səsləndirilən tənqidlər fonunda qəbul edilib. Belə ki, Valuyevə qarşı sərt mövqe nümayiş etdirən Badamovun Rusiya tərəfindən “qara siyahıya” salındığı ehtimal olunur.

Azərbaycanlı deputatın Rusiyaya buraxılmaması siyasi dairələrdə ciddi rezonansa səbəb olub. Məlumata görə, Rusiya tərəfi bu qərarı deputatın “anti-Rusiya və rusofob xarakterli fikirlər” səsləndirməsi ilə əsaslandırıb. TASS-a danışan mənbənin sözlərinə görə, Badamova Rusiyaya giriş və çıxış qaydaları haqqında Federal Qanunun 26 və 27-ci maddələrinə əsasən qadağa qoyulub.

“Qadağanın səbəbi onun dəfələrlə səsləndirdiyi anti-Rusiya və rusofob yönlü açıqlamalardır,” – deyə mənbə vurğulayıb.

Qeyd edib ki, bu qərar fərdi xarakter daşıyır və Rusiyanın Azərbaycanla münasibətlərindəki strateji tərəfdaşlıq və müttəfiqlik kursuna təsir göstərmir.

Mənbənin iddiasına görə, Rusiya tərəfi, dost ölkələrlə münasibətlərdə “stop-list” praktikasının tərəfdarı deyil. Onu da bildirib ki, Moskva bu kimi məsələlərin diplomatik kanallar vasitəsilə həll edilməsinin tərəfdarı olduğunu vurğulayıb və mediada qarşılıqlı iddialarla vəziyyətin gərginləşdirilməsinin düzgün olmadığını bildirib.

Azərbaycan ictimaiyyəti isə məsələyə fərqli yanaşır. Mövzu ilə bağlı AYNA.AZ-a danışan Milli Məclisin deputatı Azər Allahverənov qeyd edib ki, belə səfərlər adətən qabaqcadan razılaşdırılır:

- Müəyyən protokol qaydaları var ki, bu qaydalara uyğun addımlar əvvəldən atılır. Nəzərə almaq lazımdır ki, deputatların xarici ölkələrə səfərlərdə diplomatik pasportlardan istifadə edirlər. Diplomatik pasportu olan şəxslərin səfərlərinin protokol qaydaları var ki, bunlar qabaqcadan razılaşdırılır, ondan sonra səfər baş tutur. Biz xaricə səfər edərkən əvvəldən atacağımız addımlar, hava limanlarında bizi qarşılayacaq şəxslər razılaşdırılır, yekun qərar əsasında səfər baş tutur. Yəni demək istəyirəm ki, həmkarımızın “qara siyahı”ya salınması ilə bağlı əvvvəlcədən Rusiya tərəfinin məlumatsız olması iddiası inandırıcı deyil. Ola bilsin ki, bu qərar son anda qəbul edilib.

Mənim diqqətimi çəkən odur ki, bu ilin aprel ayının 17-də Azər müəllim Dağıstana səfər etmişdi və digər həmkarımızla birlikdə Dağıstanın 30 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etmişdi. Yəni bundan təxminən iki həftə sonra Azər müəllim Rusiyaya buraxılmadı. Sual olunur: iki həftə ərzində nə baş verdi ki, azərbaycanlı deputatın Rusiyaya girişinə qadağa qoyuldu?

- Sizcə, niyə Moskva belə bir qərar verib?

- Rusiyada müəyyən qüvvələr var ki, onlar zaman-zaman Azərbaycan-Rusiya münasibətlərində  gərginliyin yaranmasında maraqlıdırlar. İki ölkə arasında münasibətlərdə pozitiv məqamlar yaranan kimi, həmin qüvvələr fəaliyyətə keçirlər, hansısa xoşagəlməz addımlar atırlar. Onlar çalışırlar ki, münasibətlərin gərginləşməsinə səbəb ola biləcək situasiya yaransın. Məncə, Azər Badamovla bağlı məsələ də bu qəbildəndir. Nəzərə alaq ki, söhbət Milli Məclisin deputatından, diplomatik pasporta malik şəxsin Rusiyaya buraxılmamasından gedir. Bu qüvvələr Rusiyanın daxilində də, xaricində də ola bilər. Hər halda, məsələ ilə bağlı araşdırma aparılır və nəticəsi yaxınlarda bəlli olacaq. Bütün hallarda, Rusiya tərəfi məsələyə aydınlıq gətirməlidir. Təəssüf ki, indiyədək Rusiyanın Xarici İşlər Nazirliyindən Azər müəllimin ölkəyə buraxılmamasının səbəbi barədə məntiqli izah verilməyib. Biz bilməliyik ki, niyə azərbaycanlı deputatın aprelin 17-də Rusiyaya girişinə icazə verilir, ondan iki həftə sonra icazə verilmir? Buna rəsmi Moskva tərəfindən aydınlıq gətirilməsi mütləqdir.

- Qeyri-rəsmi məlumatlara görə, Badamov rəsmi Bakı tərəfindən rus deputat Valuyevin “qara siyahı”ya salınmasına cavab olaraq Rusiyaya buraxılmayıb. Bu fikirlə razısınızmı?

- Dediyim kimi, bu məsələyə Rusiya tərəfi rəsmi münasibət bildirməlidir, səbəb aydınlaşmalıdır. Valuyevlə bağlı Azərbaycan tərəfinin qərarı bir neçə ay əvvəl verilib. Yəni bu qədər müddət keçəndən sonra belə bir qərarın məhz ona görə verildiyi inandırıcı görünmür. Eyni zamanda, Valuyevlə bağlı qərarın səbəbi izah olunub, niyə rusiyalı deputatın “qara siyahı”ya salındığı aydınlaşıb. Valuyev Azərbaycan dövlətinə həqarətlər səsləndirdiyi üçün, azərbaycanlıları təhqir etdiyi üçün rəsmi Bakı bu addımı atıb. Bizim deputat isə Rusiya dövlətini və rusları təhqir etməyib. Ümumiyyətlə, Milli Məclis üzvlərinin heç biri Rusiya ilə münasibətlərin korlanmasında maraqlı deyil. Amma rusiyalı həmkarlarımız ölkəmizə qarşı həqarət səsləndirirsə, bunun cavabı da verilməlidir və verilir. Yenə deyirəm, Rusiya XİN məsələyə reaksiya verməlidir.

- Dediniz ki, Rusiyada iki ölkə münasibətlərinin pozulmasını istəyən qüvvələr var. Maraqlıdır ki, Azər Badamov Rusiyaya buraxılmadığı gün Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə Bakıya gəldi, Azərbaycan rəhbərliyi ilə görüşdü. Görüşlərdə iki ölkə münasibətləri barədə müsbət mesajlar verildi. O zaman maraqlıdır, Rusiyanın rəsmi siyasətinə zidd addım atan hansı qüvvələrdir?

- Şübhəsiz ki, dövlət içərisində dövlət, müəyyən güc strukturları, xüsusilə də həmin dairələrlə bağlı olan kiberhücumların təşkilatçıları, müəyyən qurumlar, siyasi mərkəzlər var ki, onlar münasibətlərə xələl gətirən addımlar atırlar. Söhbət təkcə Rusiya daxilindəki qüvvələrdən getmir, xaricdə də belə qüvvələr mövcuddur. Fransanın xüsusi xidmət orqanları bu proseslərdə sözünü deyə bilir. Nəzərə almalıyıq ki, Fransa və Rusiya xüsusi xidmət orqanları arasında müəyyən əməkdaşlıq da mövcuddur. Digər dövlətlər də bu prosesdə iştirak edə bilər. Amma Azərbaycan tək deyil. Bizim də yaxın tərəfdaşımız olan dövlətlər var ki, kiberhücumlara, siyasi addımlara cavab vermək iqtidarındadır. Biz Azər Badamovun Rusiyaya buraxılmaması məsələsinin texniki səhv olmasını istərdik. Çox istərdik ki, bu hadisə hansısa məmurun səhlənkarlığı səbəbindən olsun. Lakin onu da müşahidə edirik ki, Azərbaycan tərəfindən hadisə ilə bağlı verilən suallara cavab verilməməsini istəyən, münasibətlərin daha da korlanmasını arzulayan qüvvələr mövcuddur. Bu gün Rusiyanın informasiya məkanında Azərbaycan əleyhinə narrativlər üzərində qurulan çoxsaylı videolar paylaşılır, sosial şəbəkələrdə danışılır. Eyni zamandA, ekspertlər, müəyyən siyasi dairələrin təmsilçiləri də ölkəmiz əleyhinə telekanallarda açıqlamalar verirlər. Maraqlı odur ki, baş verənlər Azərbaycana qarşıdır, amma ittiham olunan da Azərbaycandır. Hesab edirəm ki, bu, təsadüf deyil. Hətta tək Rusiyanın yox, digər ölkələrin də informasiya məkanında anti-Azərbaycan təbliğatı müşahidə olunur. Bu onu göstərir ki, 9 May – Böyük Vətən müharibəsindəki Qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək parad öncəsi Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaratmaq istəyirlər. Maraqlı qüvvələr istəyirlər ki, Azərbaycan da adekvat addım atsın. Amma onlar istəklərinə çatmayacaqlar. Azərbaycan tərəfi doğru olaraq soyuqqanlılıq nümayiş etdirir. Lakin deputatımızla bağlı olayın da səbəblərinin açıqlanmasını gözləyirik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://ayna.az
archiveBu xəbər 07 May 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri