Icma.az
close
up
RU
Moskva Gənc Vəkillər Palatasının nümayəndə heyəti ilə görüş keçirilib

Moskva Gənc Vəkillər Palatasının nümayəndə heyəti ilə görüş keçirilib

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Noyabrın 29-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) Hüquqi Yardım Mərkəzində Rusiyanın Moskva Gənc Vəkillər Palatasının rəhbəri Dmitriy Kravçenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə SİA-ya Kollegiyanın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüşü açan ARVK-nın sədr müavini - Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov xalqlarımız arasında olan dostluq və mehriban qonşuluq münasibətlərinə toxunub, son illər Kollegiyanın fəaliyyəti, görülən işlər barədə bəhs edib.

ARVK-nın gənc hüquqşünasların vəkilliyə cəlb edilməsinə böyük önəm verdiyini deyən sədr müavini Kollegiya tərəfindən hüquqşünas tələbələrə, könüllü və təcrübəçi gənclərə daim diqqət yetirildiyini, ölkədə hüquq fakültəsinin fəaliyyət göstərdiyi bütün ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumlarının imzalandığını, habelə Kollegiyanın dəstəyi ilə hər il təşkil edilən yay və qış hüquq məktəblərinə 300-dən çox tələbənin qatıldığını bildirib.

Eyni zamanda, Şahmar Məmmədov bu çərçivədə birgə icra edilən layihələrdən, tələbələrə və gənclər təşkilatlarına yaradılan şəraitdən, Hüquqi Yardım Mərkəzi ilə Vəkillər Kollegiyası Akademiyasında görülən işlərdən, fəaliyyət istiqamətlərindən danışıb.

Görüşdə ARVK-nın üzvü, Kollegiyanın “Gənc Vəkillər” Komitəsinin həmsədri Yunis Nəsibov ölkəmizin gənc vəkillərinin bir sıra beynəlxalq tədbirlərə qatıldığını dilə gətirib.

Həmçinin ARVK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə ötən dövrlərdə Kollegiyada qeyd olunan istiqamətlərdə görülən işlər, aparılan islahatlar, vəkillik fəaliyyətinin nüfuzunun artırılması və bu sahədə müsbət nəticələrin əldə edilməsi barədə təqdimatla çıxış edib.

Sonra Moskva Gənc Vəkillər Palatasının rəhbəri Dmitriy Kravçenko ilk görüşdən məmnun olduqlarını deyib, Kollegiyanın bu sahədə atdığı addımları yüksək qiymətləndirdiklərini söyləyib.

Görüşün davamında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib, suallar cavablandırılıb.

Eyni zamanda, qonaqlar Mərkəzin inzibati binası və iş şəraiti ilə tanış olublar.

Görüşdən sonra qonaqlar “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun (VB) inzibati binası ilə tanış olub, VB-nin fəaliyyəti barədə ətraflı məlumatlandırılıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Noyabr 2024 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri