Icma.az
close
up
RU
Hüquqi Yardım Mərkəzində Salerno Vəkillər Kollegiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Hüquqi Yardım Mərkəzində Salerno Vəkillər Kollegiyasının nümayəndə heyəti ilə görüş keçirilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 7 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) Hüquqi Yardım Mərkəzində İtaliyanın Salerno Vəkillər Kollegiyasının sədri Alberto Toriellonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Kollegiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə çıxış edən ARVK-nın sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov iki ölkə arasında mövcud olan əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

O, Azərbaycanda vəkillik təsisatının gücləndirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və fəaliyyətinin modernləşdirilməsi sahəsində atılan fundamental addımlar barədə danışıb. ARVK-nın beynəlxalq əlaqələrin dərinləşdirilməsinə xüsusi əhəmiyyət verdiyi, son illərdə bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzv olduğu və xarici ölkələrin vəkillər qurumları ilə birbaşa əməkdaşlıq qurulduğunu diqqətə çatdırıb. Aparılan islahatlar nəticəsində vəkilliyin nüfuzunun əhəmiyyətli dərəcədə artdığını, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müsbət dinamikaya nail olunduğunu və kollegiyanın bu istiqamətdə fəaliyyətinin daha da genişləndirməkdə qərarlı olduğunu qeyd edib.

Görüşdə ARVK-nın Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə görülən işləri, vəkillik sahəsində həyata keçirilən islahatların nəticələrini qonaqların diqqətinə çatdırıb.

Salerno Vəkillər Kollegiyasının sədri Alberto Toriello görüşdən məmnunluğunu ifadə edib, Azərbaycanda vəkillik institutunun inkişafı sahəsində atılan addımları yüksək qiymətləndirdiyini söyləyib.

Görüşdə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib, suallar cavablandırılıb.

Görüşün yekununda qonaqlar mərkəzin inzibati binası ilə tanış olub, fəaliyyət istiqamətləri və burada yaradılan iş şəraiti ilə tanış olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri