Icma.az
close
up
RU
Moskva meriyasında gizli münasibət qalmaqalı KONKRET

Moskva meriyasında gizli münasibət qalmaqalı KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Moskvanın vitse-meri Maksim Liksutov ilə Kremlin tanınmış təbliğatçısı Kristina Potupçik arasında uzun müddətdir gizlədilən münasibəti üzə çıxarıb.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Agentstvo” mərkəzi məlumat yayıb.

Sızdırılmış sərhəd xidməti məlumatları 2020-ci ilin sonlarından bəri mediada dolaşan şayiələri təsdiqləyib və cütlüyün xaricə birgə səfərlərinin sistemli xarakter daşıdığını ortaya qoyub. Bu, Rusiya siyasi elitasında gizli şəxsi münasibət şəbəkələrinin miqyasını göstərən növbəti fakt kimi qiymətləndirilir.

Araşdırma göstərir ki, Liksutov “formal boşanmadan” sonra 2018-ci ilə qədər keçmiş həyat yoldaşı ilə xaricə gedirmiş, lakin 2020-ci ilin sentyabrından etibarən onun beynəlxalq səfərlərində artıq yeni fiqur – Kristina Potupçik peyda olub. 2020–2023-cü illər arasında cütlük ən azı səkkiz ölkəyə 14 birgə səfər edib. Marşrutlar arasında Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Çin də var. Bu səfərlərin əksəriyyəti icarəyə götürülmüş biznes-cetlərlə həyata keçirilib və məsələn, Bombardier Global 5000 təyyarəsinin 1,5 saatlıq uçuşunun qiymətinin 2,7 milyon rubldan başladığı bildirilir.

İlk səfərlərdə Liksutov və Potupçik tək olmuş, daha sonra isə onlara dörd “daimi yoldaş” qoşulub. Araşdırma həmin şəxslərin kimliyini də müəyyənləşdirib. Onlardan biri “MaximaTelecom” şirkətinin həmtəsisçisi Avraam Krixelidir; şirkət Moskva metrosunda Wi-Fi xidmətləri üzrə 14 milyard rublluq dövlət sifarişləri alıb. Digər sərnişin Liya Diyanova olub – hədiyyə konsiyerj xidmətinin sahibi və Potupçikin yaxın tanışı. Səfərlərə həmçinin “Rostex”də top-menecer vəzifəsində çalışan, vaxtilə prokurorluqdan “mənfi motivlərlə” uzaqlaşdırılan Semyon Yakubov və onun qeyri-ictimai sevgilisi Veronika M. da qatılıb. Veronikanın fotoşəkillərinin intim xidmətlər göstərən saytların birində yayımlandığı bildirilir.

Kristina Potupçik Kremlin informasiya məkanında uzun illərdir mühüm rol oynayan fiqurdur. O, “Naşlar” hərəkatının və Rosmolodejin mətbuat katibi olmuş, daha sonra Prezident Administrasiyasının sosial şəbəkələrdə təşviqat layihələrini idarə etmək üçün fond yaratmışdır. Hazırda Kremlin Telegram üzrə əsas podratçılarından biri sayılır və 2024-cü ildə “K2” adlı öz agentliyini təsis edib. Onun müştəriləri arasında “Moskvich” avtomobil zavodu kimi dövlət dəstəyi alan müəssisələr də var.

Bu ifşa Rusiya hakimiyyətinin müxtəlif strukturlarında şəxsi əlaqələrin gizli şəbəkəsini göstərən ardıcıl araşdırmaların bir hissəsinə çevrilib. Müşahidəçilər hesab edirlər ki, bu cür məlumatlar yalnız etik məsələlər deyil, həm də dövlət resurslarının şəxsi maraqlara xidmət edib-etməməsi barədə suallar doğurur. Liksutov və Potupçikin əlaqələrinin illərlə gizli qalması Moskva hakimiyyətində şəffaflıq məsələlərinin növbəti dəfə gündəmə gəlməsinə səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Noyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri