Icma.az
close
up
RU
Sumqayıtda zibil qalmaqalı: KONKRET

Sumqayıtda zibil qalmaqalı: KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 55, 57 və 59 saylı binaların sakinləri özünü şəhid ailəsi kimi təqdim edən Aida Mirzəyevadan şikayətçidir. Vətəndaşların əsas narazılığı isə qadının uzun müddətdir binaya məxsus zibil qutularını ərazidən kənarlaşdırmasıdır.

KONKRET.az sözügedən bina sakinlərinin müraciəti əsasında məsələni araşdırıb. Məlum olub ki, Aida Mirzəyeva Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının adından istifadə edərək, ərazidə böyük bir sahəni qanunsuz olaraq mənimsəyib və orada özünə ikimərtəbəli bina inşa etdirib. Hazırda həmin bina həm yaşayış evi, həm də obyekt kimi fəaliyyət göstərir.

Sakinlərin narazılığına səbəb olan əsas məqamlardan biri də Aida Mirzəyevanın bu ərazini səs-küylü məkana çevirməsidir. Bildirilib ki, tənha yaşayan qadın xüsusilə gecə saatlarında dostları ilə bir araya gələrək həyətdə gurultulu məclislər təşkil edir ki, bu da ətrafda yaşayanların istirahətinə ciddi mane olur. Etiraz edən sakinlər isə onun tərəfindən “Şəhid ailəsiyəm, mənə heç kim heç nə deyə bilməz” cavabı ilə susdurulub.

Bütün bunlarla kifayətlənməyən Aida Mirzəyeva son olaraq ətrafdakı zibil qutularına müdaxilə edib. Bina sakinlərinin redaksiyamıza göndərdiyi məlumatda bildirilir ki, Mirzəyeva obyektin qarşısını icarəyə vermək niyyətindədir və bu səbəbdən qarşı tərəfə zibil qutularının ərazidən götürüləcəyinə dair söz verib. Onun istəyinə uyğun olaraq, zibil qutuları qanunsuz şəkildə ərazidən çıxarılıb və nəticədə məişət tullantılarının yığılması üçün əlçatan yer qalmayıb. Çıxış yolu tapmayan sakinlər zibili köhnə ərazidə yerə atmaq məcburiyyətində qalıb və nəticədə ərazi böyük bir zibil poliqonuna çevrilib. İddialara görə, Aida Mirzəyeva onların narazılığına qarşılıq olaraq nalayiq ifadələrlə təhqirə də yol verir.

“Bizim aramızda qazilər, əlillər, şəhid ailələri, yaşlı və xəstə insanlar var. Amma bir nəfərin şəxsi maraqları bütün bina sakinlərini girova çevirib. Şəhid adından sui-istifadə etmək olmaz”, – deyə sakinlər qəzəblərini ifadə ediblər.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, şikayət aidiyyəti üzrə müvafiq qurumlara yönləndirilib.

“Hazırda məsələ araşdırılır, sakinlərlə görüş keçiriləcək və qanunamüvafiq tədbirlər görüləcək”, – deyə qurumun mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, şəhid ailəsi yalnız şəhidin valideynləri, həyat yoldaşı və övladlarını əhatə edir. Lakin Aida Mirzəyeva şəhid bacısı olaraq bu statusdan sui-istifadə edir və şəxsi maraqları naminə ictimai mühiti pozur. İnsanların rahatlığını pozmaq, ictimai əraziyə qanunsuz şəkildə sahiblənmək, həmçinin vətəndaşlara hədə-qorxu gəlmək nə hüquqa, nə də cəmiyyətin mənəvi dəyərlərinə sığır. Ümid edirik ki, Sumqayıt şəhər rəhbərliyi tezliklə bu özbaşınalıqlara qarşı qanuna uyğun tədbirlər görəcək.

Müşviq Tofiqoğlu

KONKRET.az

P.S. Mövzunu diqqətdə saxlayacağıq.

https://konkret.az/cloud/uploads/2025/10/WhatsApp-Video-2025-10-06-at-17.03.05.mp4

https://konkret.az/cloud/uploads/2025/10/WhatsApp-Video-2025-10-06-at-17.03.04.mp4

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Oktyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see248

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see225

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see214

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see210

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see182

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see165

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see163

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see158

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri