Icma.az
close
up
RU
Moskva öz geopolitik maraqlarında heç vaxt Tehrana sadiq olmayıb AÇIQLAMA

Moskva öz geopolitik maraqlarında heç vaxt Tehrana sadiq olmayıb AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranda Sistem Məsləhətini Müəyyənləşdirmə Şurasının üzvü Məhəmməd Sədr Rusiya ilə bağlı sərt açıqlama verib. O, İsrailin İranın müdafiə sistemlərini Moskvanın ötürdüyü məlumatlar hesabına vurduğunu iddia edib və Rusiyaya güvənməyin mümkün olmadığını bildirib. Sədr həmçinin Rusiyanın İrana S-400 sistemləri və Su-35 qırıcılarını verməkdən imtina etdiyini xatırladaraq, iki ölkə arasında imzalanmış “strateji tərəfdaşlıq” müqaviləsini “boş və faydasız” sənəd adlandırıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirdi ki, İranlı siyasətçi Məhəmməd Sədrin açıqlamaları əslində iki mühüm həqiqəti üzə çıxarır:

"Birincisi, Tehran daxilində Rusiyaya olan inam ciddi şəkildə sarsılıb. İkincisi, “strateji tərəfdaşlıq” adlanan konsepsiyanın kağız üzərində olduğunu göstərir. İran uzun illərdir ki, Rusiyanı Qərbin alternativi kimi görməyə çalışırdı. Amma Moskva öz geopolitik maraqlarında heç vaxt Tehrana sadiq olmayıb. Çünki Rusiya üçün İsrail regionda daha mühüm oyunçudur, həm də Qərb strukturlarına dolayı təsir imkanları olan dövlətdir. Moskva heç vaxt İsraillə münasibətlərini qurban verib, İranı açıq şəkildə dəstəkləməyəcək. Sədrin ittihamı da məhz buradan qaynaqlanır “İsrailin İranın müdafiə sistemlərini vurması rusların verdiyi məlumatlar hesabına baş tutub” deyərkən o, əslində Rusiya-İsrail yaxınlığını ifşa edir. S-400 və Su-35 məsələsinə gəldikdə, bu, Kreml diplomatiyasının ənənəvi oyunu sayılır. Moskva illərlə Tehrana “verəcəyik” deyib, amma faktiki olaraq ya ləngidib, ya da ümumiyyətlə, imtina edib. Çünki Rusiyanın İranı tam silahlandırmaq niyyəti yoxdur".

Politoloq qeyd etdi ki, Tehranın çox güclənməsi Moskvanın regional balans strategiyasına ziddir.

"İran güclü olsa, nəinki İsrail üçün, hətta Rusiyanın Suriyadakı maraqları üçün də risk yarada bilər. Ona görə Kreml silah məsələsini daim “vasitəçilik kartı” kimi saxlayır. İndi əsas məsələ budur ki, İran-Rusiya münasibətləri həqiqətən də dağılırmı? Məncə, tam qırılmadan söhbət gedə bilməz. Çünki hər iki ölkə Qərb tərəfindən təcrid olunub və bir-birinə ehtiyac duyurlar. Amma “strateji müttəfiqlik” anlayışının boş bir şüar olduğu artıq İran siyasi dairələrində də qəbul edilir. Moskva üçün Tehran sadəcə “vaxtilə lazım olan, indi isə nəzarətdə saxlanmalı tərəfdaşdır”. Bu ritorikanın indi səslənməsi də təsadüfi deyil. İsrailin son hücumları İran daxilində böyük narazılıq doğurub və hökumət məsuliyyəti bölüşdürməyə çalışır. Bu şəraitdə Rusiyanın “səssiz qalması” İranda şok effekti yaradıb. Beləliklə, Məhəmməd Sədrin açıqlaması daxili siyasət üçün də bir mesajdır: “Rusiyaya kor-koranə güvənmək olmaz, alternativlər düşünülməlidir”.

''Yekunda mənim qənaətim budur ki, İranın Rusiyaya güvəni artıq strateji deyil, situativ xarakter daşıyır. Moskva üçün Tehran sadəcə Qərbə qarşı oyun kartıdır, amma İran üçün bu, daha ciddi nəticələr doğura bilər. Əgər Tehran hələ də Rusiyanın dəstəyinə ümid edirsə, bu, ən azı siyasi sadəlövhlükdür", - deyə Tural İsmayılov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Avqust 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri